|
Borçalı qəzasının ərazisi
təxmini hesablamalara görə, 5940 kv km-dir. Məlumat 1862-ci
ilin dövlət torpaq dəftərində qeydiyyatdan keçmişdir.
Qeyd etməliyik ki, digər qəza və mahallara görə
gec də olsa, Borçalı torpaqlarının da plan-uçot
layihəsi tərtib edilmişdir. Lakin torpaq və torpaq bölgüsü
haqqında ən dəqiq və ümidverici rəqəmlər
faktiki olaraq 1 yanvar 1885-ci ilə aiddir. Baxmayaraq ki, bu materialların
nisbi də olsa səhvləri vardır.
170-200 il bundan öncə Borçalıda mülkədar,
qolçomaq, xanlıq, bəylik və knyazlıq dövründə
bu torpaqlardan istər icarə və istərsə də daimi (alqı-satqı
yolu ilə) mənimsəmə yolu ilə buraxılan
qeyri-qanuni, talançılıq və qərəzçilik
halları bu günə kimi Borçalının torpaqlarının
cəmi sahəsi haqqında tam dəqiq rəqəmlər
əldə edilməsinə imkan verməyib.
Hələ 170-200 il bundan öncə imkanlı
adamların öz şəxsi torpaq sahələrini, knyaz
ailələrinin bağ sahələrini, erməni kilsə
xadimlərinin öz vəsaitləri hesabına torpaqları alıb
xaricdə yaşayan ermənilərə bağışlamaları
kimi istifadə yolları, əlbəttə, Borçalı
torpaqlarının nəzarət edilib qorunması onlara eyni
qulluq göstərilməsi kimi qayğılar kənarda qalıb,
sərvət hərc-mərcliyi baş alıb getmişdi.
1885-ci ilin məlumatına görə, Borçalı qəzasının
istifadə olunan və olunmayan torpaqları aşağıdakı
sahələrə bölünmüşdü:
- Plan-uçot sənədi tərtib edilməyən 96 bağ
sahəsinin ərazisi...126, 317 desyatin, 2315 k.s.
- Plan-uçot sənədi olan 74 bağ sahəsinin
ərazisi (tam dəqiqləşdirilmiş şəkildə)..,226,
489 desyatin, 2254 k.s,
- Son vaxtlarda plan-uçot sənədi tutulmuş 29 bağ
sahəsinin ərazisi., 43, 213 desyatin, 1746 k.s.
- Dövlət tərəfindən təsdiq edilmiş 80 bağ
sahəsinin ərazisi...122, 414 desyatin, 1156 k.s.
- Qanunsuz istifadə olunan 11 bağ sahəsinin ərazisi...
76, 568 desyatin, 2376 k.s.
Bu torpaqlara əgər biz qəzanın sıldırım
dağlıq ərazilərində olan 10 min desyatin sahəni
də əlavə etsək, çəmi 605 min desyatin olacaqdır.
Yüzə yaxın dövlət tabeliyində olan
kəndlərin əhalisi əkinə yararlı torpaqlardan aşağıdakı
qaydada istifadə etmişlər:
- Suvarılan torpaq sahələri... 951 desyatin
- Əkinə yararlı suvarılmayan dəmyə
sahələr... 37,9 desyatin
- Bağçılıq və tərəvəzçilik
sahələri... 435 desyatin
- Malikanə torpaqları... 646 desyatin
- Otlaq və yararsız torpaq sahələri... 49,7 desyatin
- Yararlı torpaq sahəsi... 16,5 desyatin
Cəmi: 2148 desyatin
Bundan başqa, Borçalı ərazisinin müəyyən
hissəsi şəxsi adamlarınixtiyarında olub, onlar da
həmin torpaqlardan öz mənafeləri istiqamətində
istifadə etmişlər. Ümumiyyətlə, bütün
istifadə olunan torpaq sahələrində əsasən
təsərrüfatın aşağıdakı
sahələri inkişaf etdirilmişdi:
Taxılçılıq. Borçalı
qəzasında kənd təsərrüfatının quruluşuna
əsasən qədim dövrlərdən bəri taxılçılıq
və heyvandarlıq səmərəli sahə kimi inkişaf
etmişdir. Qəzanın relyef şəraitinə uyğun onun
düzən və dağətəyi bölgələrində
quru subtropik (Borçalı düzənliyi), subtropik, Borçalı
nümayəndəliyinin Xram, Borçalı çay, Maşaver,
Bənövşə, Pəmbək çaylarının düzən
sahələrə birləşən ərazisi ilə Yağlıca
təpəlik hissəsi və Ləlvər dağlıq
hissəsinin cənub-qərb ətəkləri arasında
atmosfer çöküntülərinin bol düşdüyü
sahələri daxildir.
Əlverişli torpaq-iqlim şəraitinin olması
ilə əlaqədar, ərazidə taxıl arpa darı və
s. dənli bitkilər əkilirdi. Bu illərdə Tiflis şəhərinə
taxıl və taxıl məhsulları bir qayda olaraq Yelizavetpol
və Bakı quberniyasına görə Borçalıdan daha
tez daxil olurdu. Ümumiyyətlə, Borçalı buğdasının
qiyməti Tiflis bazarlarında digər ölkə və bölgələrdən
gətirilən buğdanın qiymətindən 10-20 qəpik
baha satılırdı. Borçalı buğdasının
dəyəri yalnız Dürnük və Dağet (hər ikisi
qonşu Ağbulaq rayonunda) buğdası ilə rəqabət
apara bilərdi.
Yuxarıda qeyd etdiyimiz kimi, Borçalı
həm də özünün arpa əkini ilə də məşhur
olmuşdur. Əkin sahəsinin miqdarına görə Borçalıda
ikinci yerdə arpaçılıq dururdu. Arpa əkininin artırılmasına
bütün elat fikir verirdi. Bu məhsul əsasən qoşqu
üçün istifadə olunan at, uzunqulaq, öküz və
s. heyvanların yem mənbəyinin əsasını təşkil
edirdi. Arpanın toxumu kənar dövlətlərdən
gətirildi. Loru və Zəlyə bölgələrində
qara rəngli arpa səpilərdi. Borçalı düzənliyində
isə buğda kimi arpa da ağ rəngdə idi. Bu növ toxum
yerli suvarma şəraitinə tam yararlıdır. Borçalıda
arpa ilə yanaşı küncüt, qarabaşaq (qreçka)
da əkilərdi. Bu bitkilərdən əsasən quşçuluqda
və heyvandarlıqda yem əvəzi istifadə olunurdu. Qarabaşaq
Borçalının çay kanal ətraflarında xırda
sahələrdə əkilirdi.
Bu bitkilərdən başqa, Borçalı düzənliyində
çəltik (düyü) əkini də yayılmışdır.
Çəltik, məlumdur ki, həddindən artıq su
sevən bitkidir. Borçalı bölgəsinin Alket,
Təvədöy və Borçalı çaylarının
sulu sahələrində əkilirdi. Ən geniş sahə
Alket-Xram, Arıxlı kəndinin aşağı: Hallavar-Baydar
(Paydar) arası ovalıq sahələrində becərilirdi.
Sonralar bu bitkinin əkin sahəsi tədricən azalmış,
əvəzində pambıq bitkisinin sahəsi genişlənmişdir.
Mahalda ən qiymətli (taxıldan sonra) və
sənaye təmayüllü pambıqla yanaşı tütünçülük
də inkişaf etdirilməyə başlanıldı. Kənd
təsərrüfatının bu sahəsini yayan və inkişaf
etdirən knyaz Orbeliani, baron Kuçenbax və Azərbaycan türklərinin
arasından çıxan iki nəfər ağa olmuşdur.
Maraqlıdır ki, 1850-1882-ci illərdə Borçalının
kənd təsərrüfatı məhsullarının şöhrəti
bütün Avropaya və Asiyaya yayılmışdı. 1850-ci
ildə Tiflisdə keçirilən kənd təsərrüfatı
məhsullarına baxış sərgisində knyaz Orbeliani
Misir pambıq növündən Borçalıda əkdirmiş
və yüksək kağız məhsulu almış, əla
keyfiyyətli türk tüqün növünə, zərif yun
istehsalına görə, "aranut" və "muskat"
şərab növünə görə bir neçə orden
və medal almışdır. Elə həmin il knyaz Orbeliani
Sankt-Peterburqda keçirilən sərgidə pambıq-kağız
məmulatının keyfiyyətinə görə mükafatlandırılmışdır.
1851-ci ildə London şəhərində keçirilən
ümumdünya sərgisində yerli ağalardan biri
ərazidə əla tütün (türk) növünü
yetişdirməsinə görə qızıl mükafata layiq
görülmüşdür. Ən maraqlısı isə
1863-cü ildə baron Kuçenbaxa verilən mükafat və
medal olmuşdur. O, bu medala İsveçrə ilə yerli
Azərbaycan cinsli inək südündən alınan pendir,
kərə yağı və s. görə layiq görülmüşdür.
Ümumiyyətlə, Borçalının sənaye və
kənd təsərrüfatı məhsullarından 50-yə
yaxın dünya əhəmiyyətli məhsullar hazırlanmış
və sərgilərdə mükafatlandı-rılmışdır.
Borçalı məhsullarının dünya şöhrəti
yerli knyaz və ağaları daha da iştahlandıraraq,
kənardan bir sıra texniki avadanlıq
gətirmələrinə səbəb olmuşdur. Varlanmış
Kalinino (Voronsovka), Cəlaloğlu və s. kimi
məntəqələrin molokanları Avropadan 90-a yaxın
kotan gətirmişdilər. Bundan başqa, 2 ədəd yoldüzəldən,
4 ədəd otçalan maşın-aqreqat, 3 üyüdücü
və 3 taxılbiçən maşın əldə etmişdilər.
Məlumdur ki, bu kənd təsərrüfatı
texnikasının istifadəsindən Azərbaycan türkləri
tam kənarda qalmışdılar. Onlara etimad göstərmirdilər
ki, bu texniki avadanlıqlardan onlar lazımi
dərəcədə istifadə edə bilərlər. Buradan
aydın olur ki, Azərbaycan türkləri hər vasitə
və bəhanələrlə yerli hökumət
tərəfindən vurulurdular.
Heyvandarlıq. Borçalı mahalının
ərazisinin 3/2 hissəsi heyvandarlıq təsərrüfatının
inkişafı üçün tam yararlı hesab olunur. Ərazinin
sıldırım qayalıq və dağlıq, alp və
sub-alp çəmənliyinin geniş yayıldığı
Zəlyə-Brmaqsız və Qomeret-Başkeçid bölgələri
demək olar ki, təsərrüfatın bu sahəsi
üçün tam yararlıdır.
İnzibati dövlət sənədlərinin
verdiyi məlumata görə, mahalda 1885-ci ildə heyvandarlıq
təsərrüfatının vəziyyəti aşağıdakı
qaydada olmuşdur:
İribuynuzlu mal-qara - 134, 073 baş
Xırda buynuzlu heyvanlar - 413, 454 baş
Atlar - 12, 752 baş
Camış və uzunqulaqlar - 2,936 baş
Donuzlar - 14,493 baş
Cəmi: 577,708 baş.
Mahalda bu illərdə dövlət qeydiyyatından
keçmiş 98 yaşayış məntəqəsi var idi ki,
bu məntəqələrdə də 97 minə yaxın
əhali yaşayırdı. Hər bir nəfərə orta
hesabla 0,5 baş qaramal, 2,3 baş qoyun-keçi, 0,12 baş at
və öküz, 0,03 baş eşşək və 0,18 baş
donuz düşürdü. Əlbəttə, bu göstərici
o illər üçün normal hesab olunurdu. Ümumiyyətlə,
heyvandarlıq təsərrüfatı mahalın ayrı-ayrı
nümayəndəliyində qeyri-bərabər paylanmışdır.
| Nümayən-dəliklər |
Əhalisi |
İri və xırda
buynuzlu heyvanlar |
At və öküzlər |
Eşşəklər |
Donuzlar |
Cəmi heyvanlar |
| Ailə |
Qadın və kişi |
Qoşqu üçün
istehsal olunan heyvanlar |
Südlük istiqamət |
Xırda buynuzlu |
| Trialet
Loru
Borçalı
|
2687
2052
588
|
22829
17161
5086
|
12356
7470
1957
|
30448
8240
2423
|
71136
26027
6573
|
3184
1784
332
|
380
6262208
|
2276
4803
1105
|
119780
48950
12598
|
| Cəmi: |
5327 |
45076 |
21783 |
41111 |
103736 |
5300 |
1214 |
8184 |
181328 |
Borçalının heyvandarlığına
dair onu qeyd etmək lazımdır ki, bütün
kəndlilərin şəxsi mal-qarası və qoyun-keçi,
at və eşşəkləri olmuşdur. Cədvəl onların
sayını çox aydın şəkildə nümayiş
etdirir. Borçalı mahalının heyvanat aləmi dövlət
(tabeliyində) torpaqlarında məskunlaşan
kənddilərdə hər nəfərə düşən
mal-qara, qeyri-dövlət torpaqlarında məskunlaşan
kəndli təsərrüfatından sayca xeyli aşağı
olmuşdur. Bu proporsiya əsasən ərazidə yaşayan
tərəkəmələr (Azərbaycan türkləri) hesabına
olmuşdur. Belə ki, hər bir Azərbaycan türkünün
həyətində ən azı 3-4 qoyun və 1-2 qaramal, öküz
və atların sayı da o birilərindən yuxarı olmuşdur.
Borçalı mahalının iribuynuzlu malqarası
yüksək məhsuldarlığı və əla cinsli olması
ilə məşhurlaşan "Tərəkəmə"
cinsli heyvanlardan ibarətdir. Düzdür, mahalın Loru və
dağlıq Trialet bölgələrində də sağmal
heyvanlar cins etibarilə yüksək məhsuldarlığa
malikdir. Belə yerlərdə Rusiyadan gətirilmiş südlük-ətlik
heyvanlar və qoşqu kimi (araba və s.) işlədilən
atlar üstünlük təşkil edir. Ümumiyyətlə,
XVIII əsrdən başlamış XX əsrin 30-cu
illərinə qədər Borçalı nümayəndəliyində
ağa, bəy və imkanlı adamların sayca çoxluq
təşkil etməsi, ərazidə heyvandarlıq
təsərrüfatının inkişafına, iri və xırdabuynuzlu
heyvanların sayının artmasına təkan vermişdir.
Belə imkanlı adamlardan Hacıxalıl ağanı, Halay
bəyi, Səməd ağanı, Emin ağanı, İsrafil ağanı,
Alxaz, Məmməd xan, Gülməmməd və başqa bir sıra
imkanlı adamları misal göstərmək olar. Adları
çəkilən bu adamların hərəsinin on
minlərlə heyvanı olmuş, özlərinin şəxsi
qışlaq və yaylaq sahələrinin olması ilə
knyazların nəzər-diqtətini cəlb etmişdilər.
Buna görə də, bu iki qrup adamlar arasında tez-tez anlaşılmazlıqlar
olub, toqquşmalar baş verərdi. Elə bunların
nəticəsi olaraq, bölgələrdə qaçaq-quldur
dəstələri baş alıb gedərdi. Əzab-əziyyət
çəkən isə ac-yalavac, muzdlu kəndlilər idi.
Borçalı mahalında XVIII əsrdən başlamış,
XX əsrin əvvəllərinə kimi həyətyanı
tərəvəz-bostançılıq və bağçılıq
təsərrüfatı demək olar ki, çox zəif inkişaf
etmişdir. 98 yaşayış məntəqəsinin 106, 152
desyatin sahəsinin yalnız 435 desyatinində təsərrüfatın
bu sahələri inkişaf etdirilirdi. Təsərrüfatın
bu sahələrindən mahalın nümayəndə-likləri
aşağıdakı qayda üzrə istifadə edirdilər.
Trialet 11 desyatin sahədə
Loru 318 desyatin sahədə
Borçalı 106 desyatin sahədə
Ümumiyyətlə, bostan, tərəvəz
və bağçılıq kimi təsərrüfatlar iqlim
şəraitindən asılıdır. Bu baxımdan mahalın
dağlıq bölgələrində olan Trialeti nümayəndəliyi
demək olar ki, tam yararsızdır. Cəmi 11 desyatin əkin
sahəsi vardır.
Borçalıda tütünçülük
təsərrüfatı çox qədim sahə olmayıb,
onun inkişaf etdirilməsinə də fikir verilməyib. Tütün
əvvəllər Loru nümayəndəliyinin Kurtan kəndi
və Borçalı çayı sahillərində çox
geniş sahəyə malik olmayan adalar şəkilli
ərazilərdə əkilirdi. Sonradan bu əkin sahəsi daha
da azalaraq yalnız əhalinin yerli tələbatını
ödəmək məqsədilə hər kəs öz
həyətyanı sahələrində əkərdilər. Tütün
çox əmək tutumlu və xüsusi qayğı
tələb edən texniki bitkidir. Borçalıda
əsasən Türkiyədən gətirilmiş trabzon və
samsun növləri əkilirdi. Borçalıda tütün
Lorudan başqa Borçalı nümayəndəliyinin 11
kəndində becərilirdi. Borçalı tütününün
əsasını "madanska" növü tuturdu. Bu tütün
yerli növlə türk növünün birləşməsindən
əmələ gələn ən əla növdür.
Borçalı mahalında təsərrüfatın
bu sahələrindən başqa, quşçuluq, arıçılıq,
ipəkçilik və kustar sənaye (ev şəraitində)
sahələri də çox geniş inkişaf tapmışdır.
Borçalıda kustar sənaye sahəsi. İlin
uzun keçən qış və payız aylarında
kəvdlilərin asudə vaxtı çoxalardı. Mahalın
Zəlyə bölgəsində Tamala-xaraba kəndinin (qaraçılar)
kişiləri bir qayda olaraq qonşu rayonlara və şəhərlərə
gedib aprel-may aylarına kimi müxtəlif sahələrdə,
o cümlədən xırda dəmirçixanalarda hazırlanan
məişət avadanlıqları, kənd təsərrüfatı
(yaba, bel, xırda kotan, at nalı və s.) alətləri hazırlayıb
satardılar. Qadınları isə ev şəraitində müxtəlif
paltar-geyim tikməklə və fala baxmaq kimi özlərinə
xas olan işlərlə pul qazanardılar. Bu qaraçıların
demək olar ki, 90 %-i at oğurluğu ilə qədimdən
məşhurlaşmışdılar. O ki, qaldı bu bölgələrin
yunan və erməni əhalisinə, bunlar qaraçılardan
fərqli olaraq, özlərinin bu aylarda qazanc mənbəyini
mal-qara üçün tövlə, ev tikintisində, hasar (çəpər)
və yol çəkilməsində, müxtəlif ölçülü
tərəcə və sandıqlar, kənd təsərrüfatı
alətləri, ağacdan hazırlanmış sap (Borçalı
yerli şivə danışığı), mətbəx
avadanlığı istehsalında və s. görərdilər.
Yunanlar bir qayda olaraq Borçalı nümayəndəliyinə
gəlib, 3-4 ay (iyundan avqust ayının axırlarına
qədər) aran zonasında yaşayan əhalinin taxıl, buğda,
qarğıdalı və ot çalmaq kimi kənd
təsərrüfatı işlərini icra edib,
əvəzində buğda, arpa və s. məhsullar alardılar.
Bundan başqa bu xalqların nümayəndələri
Azərbaycan türklərinin sıx məskunlaşdığı
kəndlərdə ev tikmək, hasar (çəpər) çəkmək,
qəbir daşları (sinə və baş) və s. işlərin
icrası ilə də məşğul olurdular.
Erməni və yunan qadınları isə
əsasən ev şəraitində yun, pambıq və
kətandan corab, əlcək, palaz və s. geyim nümunələri
toxuyub bazarlarda satardılar. Türk qadınları isə (əsasən
tərəkəmələr) yundan qədim xalçalar, kilim,
xurcun, farmaç və yastıqlar hazırlayırdılar. Kişilər
isə yunəyirici cəhrə, yun əyirən avadanlıq,
yağ istehsal edən nəhrə və s. alət və avadanlıqlar
hazırlayırdılar. Qəzanın Sarvan, Qızılhacılı,
Çoruk Qəmərli, Şüləver, Saraçlı, Arıxlı
və s. məntəqələrində dəmirçixanalar
fəaliyyət göstərirdi ki, burada da kənd
təsərrüfatı alət və avadanlıqları,
qab-qaçaq lehim-ləmək üçün qalayçıxanalar
da çox geniş inkişaf etmişdi. Bu qədim
sənətkarlıq ocaqları Borçalıda XX əsrin
60-cı illərinə kimi fəaliyyət göstərirdi. Hazırda
bu incə və qədim peşə sahələri qəzanın
yalnız ucqar, əlçatmaz məntəqələrində
fəaliyyətdədir. Şübhəsiz, belə qədim
və gərəkli sahələri inkişaf etdirmək çox
vacibdir. Çünki bu xırda kustar sənət
sahələri xalqımızın ulu keçmişindən
xəbər verib, bizləri tədricən qədim irsi köklərə
qaytarır.
Mənbə: ©
Məmməd Sarvan, Musa Nəbioğlu, 2003
|