|
Qədim Azərbaycan torpaqlarının ayrılmaz hissəsi
olan Borçalı və onun daimi sakinləri-yerli türklər, onların tarixi
keçmişi haqqında elmə məlum olmayan bəzi anlaşılmazlıqlar mövçuddur.
Son illərdə aparılan araşdırmalar nəticəsində
tamamilə yeni, əsl həqiqəti əks etdirən konsepsiya yaranmışdır. Bu
konsepsiyanın əsasını Azərbaycanın şimal-qərb regionlarında yeni
eradan əvvəlki minilliklərdə türk mənşəli etnosların yaşaması faktı
təşkil edir. Daha doğrusu, ərazilərdə müxtəlif dövrlərdə gəlmə türk
tayfaları ilə yerli türklər arasında konsolidasiya, qaynayıb-qarışma
prosesi baş vermişdir. Bunun nəticəsi olaraq təkcə Borçalı qəzasında
təxminən 60-a yaxın türk mənşəli tayfanın izləri indi də qalmaqdadır.
Azərbaycanlıların qədim türk mənşəli olması
haqqında tarixdə çox mülahizələr deyilib yazılmışdır. Ona görə də
elə zəmanəmizdə də azərbaycanlıların etaosu, onların qədimliyi,
hansı qollardan və tayfalardan yaranıb formalaşması elm aləmində
tarixi, bəzən də qeyri - məntiqə dolaşıqlığa səbəb olur.
Son illərin araşdırmaları sübuta yetirir ki,
doğrudan da, azərbaycanlıların ulu əcdadları sırasına atropatenləri
və albanları da daxil etmək olar. Həmin ulu qədimlik eramızdan
çox-çox əvvəllərə III minilliyə aparıb çıxarır və bu barədə aşağıda
ətraflı söhbət açacağıq. Bilavasitə əcdadlarımız olan atropatenlərin
və albanların türk mənşəli olmalarını ilk dəfə sübuta yetirən türk
mənbələri və Q. Qeybullayevin araşdırmaları olmuşdur. Əsaslı
mülahizələr və araşdırmalar nəticəsində məlum olmuşdur ki,
Azərbaycandan aralı düşən, lakin onunla soyqardaş münasibəti yaradan
Borçalı və onun ətraf məntəqələrində məskunlaşan əhalinin taleyi
həmişə Azərbaycan xalqı ilə bağlı olmuş, tarixi keçmişi və milli
mənsubiyyət baxımından onunla həmahəng formalaşmışdır.
Borçalı haqqında antik ədəbiyyatlarda az da olsa
müəyyən materiallara rast gəlmək mümkündür. Lakin ən geniş
məlumatlar qədim türk, ərəb, fars, yunan və alman mənbələrindədir.
Bununla yanaşı, qədim gürcü mənbələrində də müvafiq məlumatlar
vardır.
Ən qədim gürcü mənbələrində Movakan (indiki
Balakən-Saqareco əraziləri) adlanmış regionda əsasən din xadimləri
Mannada, Midiyada, sonra da Əhəmənilər dövlətinin tərkibindəki
maqlardan olmuşlar.
Mannalıların türkdilli olması haqqında
gətirdiyimiz dəlillər kutilərin və lulubilərin Altay - Türk mənşəli
olması ehtimalını təsdiqləyir.
Eramızdan əvvəl VII əsrin əvvəllərində antik
müəlliflərin əsərlərində göstərilir ki, "skif" adlanan böyük bir
tayfa Şərqdən- Orta Asiya tərəfdən Qara dənizin şimal hissəsinin
sahillərində yaşayan və "kimer" adlanan tayfanın üstünə yeriyərək
ərazisini zəbt edir. Bu "skif"lərin təzyiqi altında "kimmer"lər,
onların ardınca həmin "skiflər" cənubi Qafqaza, o cümlədən
Azərbaycan ərazisinə (əsasən Qazax-Borçalı-Cəlaloğlu istiqamətində)
hücum etmişlər.
Antik dövrlərin yazılı məxəzlərinə adı "skif"
kimi yazılan tayfa "sak", yaxud "saka", "kimer" kimi yazılan tayfa
isə "kəmər" adlarını daşıyırdılar. Bu iki tayfanın gəlişi türk
mənşəli qövmlərin Azərbaycan (şimal-qərb) ərazisinə ilk böyük axını
oldu. həmin axın nəticəsində Azərbaycan xalqının etnik tarixində
köklü proses başlandı.
Şimaldan gəlmiş "kəmər" tayfaları Gürcüstanın
Azərbaycanla həmsərhəd (Qori, Sığnax, Tiflis, Başkeçid, Sadaxlı,
Ulaşlı, Baydar (Paydar), Təkəli, Muğanlı, Qarayazı) bölgələrini və
Azərbaycanın Kür çayından cənubdakı bölgələrini tutdular. Lakin
burada çox qalmadılar, çünki onların ardınca çoxsaylı döyüşkən "sak"
tayfaları gəlirdilər. "Kəmər"lərin az hissəsi Azərbaycan - Gürcüstan
(əsasən Borçalı bölgəsi) sərhəd zonasında məskunlaşmış, çox hissəsi
isə Urartu ərazisinə daxil olmuşlar. Eramızdan əvvəl 715-ci ildə
Urartu ordusu ilə "kəmər"lərin qanlı vuruşmasında urartulular
məğlubiyyətə uğramışlar. "Kəmər"lər Kiçik Asiyaya girib, eramızdan
əvvəl 675-ci ildə oradakı Frikiya dövlətini süquta uğratmışlar.
Borçalı əhalisinin əsasını təşkil edən "sak"lar Qara dənizin şimal
hissəsindəki çöllük ərazilərdə "kəmər"ləri ərazicə sıxışdırmış,
sonradan isə "kəmər"lərlə birlikdə Cənubi Qafqaza istiqamət
götürmüşlər. Həm "kəmər"lər, həm də "sak"lar süvari etnoslar idi;
onlar atdan minik, qoşqu vasitəsi kimi, südündən və ətindən isə
ərzaq kimi istifadə edirdilər. Ona görə də antik müəlliflər hər iki
xalqı "at südü içənlər" adlandırırdılar. Bu hal bütün qədim türk
xalqları üçün səciyyəvi olmuşdur. "Sak"lar Gürçüstanın şərqani (Borçalı,
Pənbək), bütünlüklə Şimali Azərbaycan ərazisini tutmuş və eramızdan
əvvəl 680-cı ildə Araz sahillərinə çatmışlar.
"Kəmər"lərin bir qismi Kiçik Asiyada (Türkiyədə),
digər qismi isə Azərbaycanın cənubunda bərqərar oldular, digərləri
də gəlmə "kəmər"lərə qoşulub, Azərbaycan - Gürcüstan bölgələrinin
yerli sakinləri ilə konsolidasiyaya uğradılar. "Kəmər"li və yerli
Borçalı əhalisi arasında "Qəmərli" adı ilə hələ də onlarla kənd
yaşayış məntəqəsi qalmaqdadır.
Eramızdan əvvəl 652-ci ildə yuxarıda adları
çəkilən bölgələrdə müxtəlif etnik dillərdə danışan yerli türklərin,
gəlmə türk mənşəli tayfaların, farsdilli tayfaların və xalqların
qaynayıb-qarışması, assimilyasiyaya uğraması nəticəsində əhalinin
bəzən köçürülməsi, bəzən də əsir halında digər bölgələrə sürgün
edilib məskunlaşması prosesi başlanmışdır. Bu hadisələr Azərbaycan
ərazisində çox sayda türk mənşəli qövmlərin etnik prosesinin yeni
mərhələsinin əsasını qoydu. "Manna" və "Maday" etnosları ilə "kəmər"
və "sak" qövmlərinin qaynayıb-qarışması əsasında atropatenlərin
təşəkkül tapmasını təmin etmiş etnik prosesə gəlmə türk mənşəli
komponentlərin daxil olmasını sürətləndirdi.
Bu dövrlərdə Kür-Araz çayları boyunca (Qafqaz böl-gəsində)
müxtəlif türk mənşəli tayfa birləşmələrinin yerli sakinlərlə
konsolidasiyası prosesində Azərbaycanın şimal-qərbində, Borçalı-Qazax
qollarındakı yaşayış məntəqələrinin tərkibində həddən çox şın, şin,
şən, sin və li, lu şəkilçiləri olan adlar işlədilmişdir. Təxminən
iki min ildən artıq vaxt keçməsinə baxmayaraq, Borçalı mahalının
dağlıq Başkeçid bölgəsində Qəmərli, Şindillər, Ormeşən, Ormeşen,
Saca, indiki Marneuli rayonunda Təkəli, Ərəblər və s. məntəqələr öz
keçmiş adlarını qoruyub saxlamışdır. Strabon əsərlərinin birində
antik dövrlərdən başlamış ta erkən orta əsrlərə qədər Azərbaycanda,
Cənubi Qafqazda və Borçalı düzənliyində çox geniş təşəkkül tapmış
türk mənşəli qövmlərlə yanaşı, Ermənistanda Qoqarena addı əyalətin (məmləkətin)
adını da çəkir. Qədim mənbələrin verdiyi məlumata görə, Qoqarena (quqar
tayfasının adından və Strabonun əlavə etdiyi "ena" şəkilçisindən)
indi Ermənistandakı Quqark, Gürcüstanda isə Loru, Ahılkələk, Dmanis,
Axalsix və Borçalı rayonlarını əhatə edirdi. K.V.Trever belə hesab
edirdi ki, "quqar"lar Albaniya və İberiyanın (Gürcüstanın) həmsərhəd
bölgələrində məskunlaşıb yaşayırdılar.
Bəzi gürcü tarixçiləri "quqar"ları iber (gürcü)
dilli tayfa hesab edirlər. Əlbəttə, biz nə Strabonun, nə də gürcü
mənbələrinin verdiyi məlumatlara inana bilmərik, çünki elə I -ci
əsrdə Borçalıda yaşayan tayfalar artıq məlum idi. Gürcüstanda
qoqaren-yox, quqar tayfası artıq məskunlaşmışdı. O ki qaldı gürcü
mənbələrinə, bunlar uydurmalar-dır: çünki, I əsr erməni müəllifi
Faost Buzand Albaniyanın şimal-şərqində yaşamış "quqar" adlı
tayfanın adını çəkir. Dağıstan ərazisində indi də Quqarlı adında
azərbaycanlı kəndi vardır. Belə misalları çox çəkmək olar. V-VI
əsrlərdə Albaniyanın (Azərbaycan və Borçalı ilə) şimal-qərbində,
daha doğrusu, Gürcüstanın cənub-şərqində bir əyalətin adı "Qardman",
"Girdman" kimi qeyd edilirdi. Əvvəl-cə, "Qardman" (V-VI əsr), sonra
isə (VII əsr) "Girdman" adlanan bu bölgə indiki Ağstafa-Qazax-Borçalı
regionlarının ərazisini əhatə edirdi. Təxminən 1300 ildən artıqdır
ki, bu "Qardman" və ya "Girdman" bir yaşayış ərazisi (məntəqə) kimi
bu gün də Borçalı torpağının bir hissəsi olan, hazırda Azərbaycan və
Gürcüstan arasında körpü sayılan Qardaban (Qarayazı) yaşayış
məntəqəsi kimi mühüm əhəmiyyət kəsb edir və bir bölgənin adını
tarixdə yaşadır. Daha dolğunluğu ilə desək, "Girdman" adı mənbələrdə
I əsrin ortalarına aid hadisələrdə çəkilir, əhalisi "Qardman"
adlanırdı. Lakin "Qardman" adı ilə bağlı nə tayfa, nə də xalq olub.
Sadəcə olaraq etnik mənbələrdə "Qardmanlar" sözünə rast gəldikdə, o
məntəqədə yaşayanlar nəzərdə tutulur. Eramızdan əvvəl VIII-VII
əsrlərdən əvvəl bu bölgənin yerli əhalisinin milli tərkibi hələlik
dəqiqləşdirilməyib. Lakin bizim araşdırmalarımızdan bu nətidcəyə
gəlmək olur ki, çox ehtimal "kəmər"lər, "sak"lar, bunların
tərkibində isə "uti"lər, "quqar"lar və "sadak"lar həmin əsrdə buraya
gəlib məskunlaşmışlar. Güman etmək olar ki, (bəzən bunu bir sıra
Şərq mənbələri də təsdiq edir) "Qardman" adını da bu məmləkətə o
dövrdə Orta Asiyadan gəlmiş "sak"lar gətirmişlər. Çünki Orta Asiyada
sıx məskunlaşmış "sak" tayfaları ilə əlaqədar (erkən orta əsrdə)
Qardman əyalətinin (mahalının) adı çəkilir. Bu bölgələrə "kəmər"
tayfasının adı ilə "Kəmərli" (Qardabani rayonunda), dağlıq ərazidə (Başkeçid)
"Qəmərli", "sadak" tayfasının adı ilə bağlı Borçalı nümayəndəliyinin
Sadaxlı və s. kimi yaşayış məntəqələrinin adlarının yaranmasını qeyd
etmək olar.
"Girdman" adlı digər bir əyalət Dağlıq Şirvanda
yerləşir. Maraqlı burasıdır ki, Dağlıq Şirvanda bir çay Girdmançay
adlandığı kimi, Şəmkirçay da qədimdə Girdmançay adlanırdı.
Mənbələrdən aydın olur ki, Dağlıq Şirvanda Girdman mahalının adı ilk
dəfə XI əsrdə Şirva-ninin şerlərində çəkilir. Ümumiyyətlə, IV-V
əsrlərdə Qardman bölgəsində xristian dini hakim idi. Lakin bu o
demək deyildir ki, əsrlər boyu bu bölgənin əhalisi xristian olmuşdur.
Çünki antik müəlliflərin verdiyi məlumata görə, er.əv. III-II
minillikdə bu ərazilərdə müxtəlif vaxtlarda qeyri-müəyyən sayda türk
mənşəli tayfalar gəlib məskunlaşmışdır. Qeyd etmək lazımdır ki, bu
tayfaların əksəriyyəti bir müddətdən sonra başqa qonşu ərazilərə
meyl göstərmişdir. Bir faktı qeyd etməliyik ki, eramızın VI əsrində
bu bölgələrə farslar da gəlib məskunlaşmışlar. Beləliklə, onu nəzərə
çarpdırmaq lazımdır ki, Azərbaycan xalqının təşəkkül prosesinin
əhatə etdiyi arealın sərhəd-lərini müəyyənləşdirmək çox mürəkkəb bir
problemdir. Özü də bu, xüsusi tədqiqat obyektidir. Nəticə etibarilə
onu qeyd etməliyik ki, Azərbaycandan kənarda hər üç böyük region və
mahalda məskunlaşmış əhalinin soykökünü qədim türk mənşəli tayfalar
təşkil etmişdir. Onlar Ermənistanın Göyçə gölü ətrafı, İrəvan şəhəri
və onun ətrafı, Loru, Pənbək, Borçalı (həm Ermənistan, həm də
Gürcüstan Borçalısı), Qara dənizin şimal-qərb bölgəsi, Ahısxa
bölgəsi, Qardaban (Qarayazı), Muxran, Sığnax-Qaraçöp bölgələri və
Gürçüstanın Toxabir (Pərvanə) gölü ətrafı, Boqdanovka, Barmaqsız (Zəlyə)
düzənliyi və s. yəni indiki Ermənistan, Gürcüstan və Dağıstan
ərazilərində yaşamış-lar. Gürcü tarixçiləri Borçalı mahalında
türkdilli əhalinin mənşəyini orta əsrlərə aid ediblər. Lakin son
illərdə antik və erkən orta əsrlər müəlliflərinin materiallarını
araşdırıb saf-çürük etdikdə bu nəticəyə gəlmək olur ki, qədimdə
Qazax-Ağstafa mahalının, sonradan isə Borçalı bölgəsinin və
bilavasitə onun davamı olan ərazilərdə er.əv.VIII -VII əsrlərdən
başlayaraq türk mənşəli "kəmər", "sadak", "quqar", "qıpçaq", "oğuz",
"kənkər", "çinli" tayfalarının adlarını əks etdirən toponimlər də
diqqəti cəlb edir.
Eramızın ilk əsrlərində, hər halda VI əsrdən gec
olmayaraq, Albaniyaya qıpçaq tayfaları gəldilər. Bu gəlmə qıpçaqlar
əsasən Qazax - Borçalı bölgəsində qərar tutub məskunlaşdılar.
Azərbaycana gəlmə tayfaların məskunlaşması ilə
əlaqədar olaraq bir neçə yeni türk mənşəli tayfalar meydana gəldi.
Bu tayfalar aşağıdakılardır: Kəbirli, Ulaşlı, Qaraçorlu, Bozallar.
Onlar yalnız Şimali Azərbaycanın Ağstafa - Qazax - Borçalı
bölgəsində məskən saldılar. Uzun bir tarixi dövr keçməsinə
baxmayaraq, yuxarıda adları qeyd olunan toponimlər Borçalının kənd
adlarında da yaşayır. İndiki Marneuli rayonunda Ulaşlı kəndi,
Saqarecoda Qara-çöp və b.
"Alban tarixi" kitabında qeyd olunduğu kimi,
III-VII əsrlərdə Çul Dərbənd "qapısından" türk tayfaları axınla
Azərbaycana gəlmişdir. Qafqaz, Bizans, Suriya və digər erkən orta
əsr mənbələri də IV-V əsrlərdə Zaqafqaziyaya (əsasən Azərbaycan,
Gürcüstan) türkdilli xalqların kütləvi axını haqqında məlumat verir.
Təbərinin fikrinçə isə, VI əsrin ortalarında şah I Xosrov 10 min
nəfərə qədər xəzəriləri əsir götürərək onları... Azərbaycanda və
qonşu regionlarda yerləşdirmişdir. Azərbaycana qonşu regionlar
dedikdə şübhəsiz ki, Borçalı və Göycə mahalları, yəni indiki
Gürcüstan və Ermənistan əraziləri nəzərdə tutulur. "Kitabi-Dədə
Qorqud" dastanlarında da pəm Gürcüstan, həm də Tumanisi ayrılıqda
Oğuz elinə yaxın qonşu kimi xatırlanır. Həmin yerlərin mövcud
coğrafi mövqeyi də bu mü-lahizəni real şəkildə təsdiq edir.
Ən qədim gürcü yazılı mənbələrindən biri olan "Moksevan
Kartlisa"da (VII əsr) yazılır ki, e.ə. IV əsrin 30-cu illərində
Makedoniyalı İskəndərin İrana və Cənubi Zaqafqaziyaya yürüşləri
zamanı indiki Gürcüstan ərazisivdə Kür çayı sahilində buntürklər
yaşayırmış.
Ermənistan tarixinin atası sayılan Movses
Xorenatsi eramızın ilk əsrlərindən etibarən Zaqafqaziyada çoxlu türk
mənşəli qəbilənin oturaq həyat sürməsini söyləyir.
Alban tarixçisi Moisey Kağanqatlı yazır ki,
təxminən 442-445-ci illərdə hun padşahı 11 alayla Kür çayını keçib
Ermənistanı və Gürcüstanı fəth edir. Onun əsas dayanacağı məhz
hunlar tərəfindən tikilmiş Yunan (Xunan) və Xalxal şəhərləri idi (həmin
şəhərlər indiki Qazax - Ağstafa ərazilərində olmuşdur).
Xalxal - Xunan istiqaməti ilə Gürcüstana hücum
edən onoqurlar 447-448-ci illərdə Kolxidanı tuturlar. Onların bu
hərbi yürüşü V əsr Bizans tarixçisi Panili Priskin əsərində təsvir
edilir. VI əsr Bizans tarixçisi Aqafi (532-582-ci illər) həmin
hadisəni Priskin məlumatı əsasında daha geniş şərh edərək yazırdı ki,
Kolxidadakı "Onoqris" yaşayış yerinin adı çox qədimdir; o, onoqur
adlanmış hun tayfalarının bu ərazidə kolxidlərlə vuruşmasının bir
növ yadigarıdır.
Yuxarıda qeyd olunan faktlar başqa tarixi
mənbələrdə də sənədləşdirilmişdir. VII-IX əsrlərin gürcü
mənbələrində, o cümlədən "Moktsevan Kartlisa"da qeyd olunduğu kimi,
buntürklər (qədim türklər, köktürklər) adlanan türklər-Sabirlər
Şərqi Gürcüstanda VI əsrdən yaşayırlar. Həmçinin mənbələrdə VI
əsrdən Bolnisi rayonunun tabeliyində olan Kəpənəkçi kəndinin və
həmin adda Kəpənəkçi tay-fasının adı ilə bağlı Bolnis-Kəpənəkçi
çayının adı çəkilir. Bu da, şübhəsiz, Kəpənəkçi tayfasının həmin
çayın vadisində qədim dövrlərdən məskunlaşdığını söyləməyə haqq
qazandırır.
Beləliklə, aydın olur ki, Kəpənəkçi tayfası hələ
qədim zamanlarda həmin ərazidə məskunlaşmış və öz adını da buradan
axan çaya vermişdir.
XII-XIII əsrlərin gürcü mənbələrində qeyd olunur
ki, naqivçakara (qədim qapçaqlar) adlanan qıpçaqlar buraya VIII
əsrdən gəlmişlər.
Tarixdən məlumdur ki, 853-cü ildə Böyük Buqun (türkdür)
rəhbərliyi ilə ərəb qoşunu Kartliyə hücum edir. O dövrdə Böyük Buqun
fəaliyyəti haqtında gürcü salnaməsində nəzər-diqqəti cəlb edən
məlumatlar verilir: "Dərbənd darvazasını açır və 300 xəzər ailəsini
çıxardaraq, onları Dmanisidə (Başkeçiddə) yerləşdirir" XII əsrdə isə
Gürçüstana 225 min Şimali Qafqaz qıpçağının köçürüldüyü qeyd olunur.
Həmin mənbələrdə yeni köçürülmüş qıpçaqlar axaliqivçaklara (yeni
qıpçaqlar) adlanır. Türkdilli xalqların Gürcüstanın cənub-şərq
ərazisinə, o cümlədən Borçalıya erkən orta əsrlərdən köçüb (V-IX
əsrlər) məskunlaşması da tarixi sənədlərdə qeydə alınmışdır. Bəzi
mülahizələrə görə, XI əsrdə oğuz-səlcuq türkləri kütləvi şəkildə
Zaqafqaziyaya gəlib, qısa vaxtda demək olar ki, bütün Azərbaycan
türkləri yaşayan regionlarda, o cümlədən Şərqi Gürcüstanda (Borçalı)
məskunlaşmışlar. Nəhayət, XI-XIII əsrlərdə Azərbaycana oğuz və
monqol tayfalarının gəlişi özlüyündə ərazidə yeni-yeni türk
qövmlərinin yaranması istiqamətində etnik proses özünüadlandırma ilə
nəticələnirdi. Yalnız XII-XIII əsrlərdən sonra "türk"
özünüadlandırması vətəndaşlıq hüququ qazandı. Elə bu illərdən
Azərbaycanın ayrılmaz hissəsi olan Borçalı-Pənbək-Loru bölgələrində
tayfa məsələsinə son qoyularaq bir xalq kimi türk əhalisi fəaliyyət
göstərməyə başladı. Bu xalqın izləri və qədim tarixi inciləri IV-V
əsrdən üzü bu yana Azərbaycan, Gürcüstan və Ermənistan ərazilərində
qalmaqdadır. Erkən orta əsr mənbələrindən məlumdur ki, Qafqazda,
əsasən Borçalıda, Ermənistanın düzən və dağətəyi bölgələ-rində və
Azərbaycanda oğuzlar yaşayırdılar. Hər üç ölkənin dağlıq əraziləri
oğuzlar üçün yaylaq yerləri olmuşdur. "Kitabi-Dədə Qorqud"dakı yer
adlarının əksəriyyəti Ermənistan Borçalısında və Şərqi Türkiyədə
lokalizə olunur. Borçalı və Tiflis ətrafı bölgələrə oğuz
tayfalarının bir hissəsi sonralar Səfəvilər dövründə də gəlmişlər.
Borçalı və Tiflis ətrafı bölgələrdə Səfəvi şahları hərbi
xidmətlərinə görə onlara maldarlıqla məşğul olmaq üçün örüş yerləri
və biçənək sahələri də verdilər.
Türk tayfalarının ən qədim zamanlardan etibarən
Zaqafqaziyada, o cümlədən indiki Gürcüstan ərazisində (əsasən
Borçalı qəzasında) və ona qonşu dağətəyi bölgələrdə məskunlaşıb
yaşamalarına dair müxtəlif tarixi yazılı mənbələrdən kifayət qədər
əsaslı faktlar və məlumatlar əldə etmək olar. Misal üçün, eramızdan
əvvəl VII əsrdə bir neçə türk tayfasının bu ərazilərdə aborigen
tayfa kimi yaşamaları haqqında çoxlu dəlillər vardır. Hazırda bu
tayfaların sayı Borçalıda 60-a çatır. (Bu haqda əsərin "Əhali"
bölməsində geniş şərh olunur).
Eramızın lap əvvəllərində Aspindza, Adıgün,
Axalsix, Batum, Suxum ərazilərində, ümumiyyətlə, türk mənşəli
tayfaların yaşadıqları haqqında əsaslı məlumatlar vardır ("Derevyannoe
zodçestvo Qruzii" kitabı).
... Bəli, Güney Qafqaz ən qədim insan
məskənlərindən biridir. Bu torpağın ilk sakinləri bizim hər
birimizin ulu əcdadlarımız, dədələrimiz və babalarımız olub...
Qarapapaqlar Miladdan öncə bu torpaqlara həyat gətirmiş, oğuz,
qıpçaq adlarıyla Doğu Anadolunun da ilk sahibləri olaraq tarixə
düşmüşlər.
Qədim dövrlərdən üzü bəri öz varlığını qoruyub
saxlayan igid qarapapaqlar yurdu Borçalı mahalı XVIII əsrin
əvvəllərində Gəncə bəylərbəyliyinin tərkibində idi. Bəylərbəyi
Ziyadoğlu Muğanda Nadirin İran şahı elan olunması əleyhinə çıxdığı
üçün 1736-cı ildə Tiflisi zəbt edən Nadir şah (1735-1736) Borçalını
Qazax mahalı ilə birlikdə Gəncə bəylərbəyliyindən alıb, həmin
əyalətlərin idarə olunmasını Kartli-Kaxeti çarı Teymuraza həvalə
etmiş, əvəzində onun oğlu İraklini girov götürmüşdü. Gəncəli Cavad
xan öz hakimiyyəti dövründə (1785-1890) Borçalı mahalını Gəncə
xanlığına qaytarmışdı.
Güney Qafqazın Rusiyaya birləşdirilməsindən sonra,
yəni XIX əsrin əvvəllərində Borçalıya əlahiddə "tatar dinastasiyası"
statusu verilmiş, 1877-ci il martın 25-də Borçalı dinastiyasının
bütün torpaqları ilə Tiflis quberniyasının Trialet və Loru
nümayəndəlikləri birləşdirilərək müstəqil inzibati ərazi vahidi
Şüləver inzibati bölgəsi yaradılmış, 1880-ci il mayın 6-da həmin
bölgə əsasında Borçalı nümayəndəliyi təşkil edilmişdir. Borçalının
sonrakı aqibəti isə belə olmuşdur. 1918-1920-ci illərdə, yəni
Azərbaycan Demokratik Respublikası dövründə Borçalı Azərbayan,
Gürüstan və Ermənistan respublikaları arasında mübahisəli ərazi
sayılıb milli, etnik, tarixi-etnoqrafik prinsiplərə əsasən
Azərbaycan Borçalının orta zonasını (indiki Marneuli, Bolnisi,
Dmanisi rayonları ərazisi) özününkü hesab edirdi. Bu barədə
Azərbaycan və Gürcüstan xarici işlər nazirlikləri arasında müqavilə
də bağlandı. 1918-ci ilin axırlarında Borçalı torpaqları üstündə
Ermənistan-Gürcüstan müharibəsi baş vermiş, sonradan münaqişə
danışıqlar əsasında dayandırılmış və barışıq elan olunmuşdur.
Barışığın şərtlərinə uyğun olaraq Borçalının dörd nahiyəsindən (nümayəndəliyindən)
(Borçalı, Yekaterinenfeld, Loru, Zəlyə) biri və həm də ən
böyüyü-Loru nahiyəsi neytral zona elan edilmişdir. 1921-ci ildə şura
hökumətinin gəlişi ilə "beynəlmiləlçilik" siyasətinə əsasən həmin
zona, yəni indiki Noyemberyan, Tumanyan, Stepanavan, Kalinino
inzibati bölgələrinin əraziləri Ermənistan Respublikasına peşkəş
verildi. O ki qaldı 3 min kvadrat kilometr ərazisi olan Borçalı.
Zəlyə-Başkeçid və Yekaterinenfeld nümayəndəliklərinə, bunların da
sonrakı aqibəti sevindirici olmadı. Belə ki, 1929-1932-ci illərdən
başlamış 1956-cı ilə kimi bu üç nümayəndəliyin istər adları, istərsə
də əraziləri dəfələrlə təhrif edilmiş, dəyişdirilmiş, kiçildilmişdir.
Guya bu barbarlıq, bu saxtakarlıq belə də olmalı imiş?!.
Təəccüblü burasıdır ki, adı heç vaxt rəsmən (dövlət
tərəfindən) çəkilməyən, şan-şöhrətli Qarayazı bölgəsi əhalisinin
soykökünün, soyadının, milli mənsubiyyətinin, tarixi keçmişinin,
etik-mənəvi sərvətlərinin, dəyərlərinin dininin, dilinin, sazlı-sözlü
folklor nümunələrinin, adət ənənələrinin Borçalı mahalındakı qan
qardaşları ilə tam mənada eyni olmasına baxmayaraq, Borçalı
mahalından qəsd-qərəzliklə çıxdaş edilmişdir.
Geniş oxucu kütləsinin nəzərinə çatdırmaq
istərdik ki, Borçalı parçalandıqdan (1921) sonra 70 ildən çox bir
dövr ərzində tariximizi unutdurmaq üçün bədnam qonşular 250-yə yaxın
yaşayış məntəqəsinin 200-dən çox adını, on minə yaxın dağ, dərə,
yamac, çay, göl, arx, qala, körpü, suayrıcı, aşırım adlarının 8300-ə
qədəri qeyri-qanuni tərzdə dəyişdirilmiş (lakin xalq arasında hələ
də keçmiş adlar işlədilir), Ermənistan ərazisində isə qədim
Azərbaycan-türk ad-ları xain, cahil daşnakların qara əlləriylə
tarixi-coğrafi xəritələrdən büsbütün silinmişdir.
Gürçüstan ərazisində də ümumi vəziyyət acınacaqlı
və qan-qaraldıcıdır. Orada da el-obalarımızın, yurd yerlərimizin ulu
adlarını heç bir çoğrafi və tarixi-etnoqrafik uyarı olmayan sözlərlə
əvəz edirlər.
Şübhəsiz, ulu Borçalının tarixi aqibətinə elmi
əsaslarla nəzər salmaq bu sənəd materialları ilə bitmir. Çox güman
ki, Borçalı soydaşlarımız gələcək elmi axtarışlarının və elmi
tədqiqat işlərinin bir qolunu daş, paleolit və neolit dövrlərinə
həsr edib, tariximizi daha dərin və dəyərli sənət inciləri və geniş
materiallar əsasında tədqiq edib öyrənəçəklər. Çünki neçə-neçə
dilsiz-ağızsız Borçalı qəbiristanlığında olan sinə və baş daşları,
su quyuları, heyvanların suvarılması üçün (tövlə şəraitində) su
noyları (kəhrizlər), qədim qala, mağara, keçid və körpülər türk
ellərinin tarixini bir sirlər xəzinəsi kimi xəlvətdə saxlayır.
Bunların harayına, umacağına, diləyinə bizim nəsil çatmalıdır.
Hər hansı bir ərazinin məskunlaşması çoxcəhətli
tarixi-coğrafi prosesdir və təbiidir ki, bu prosesin ləng və yaxud
intensiv getməsi həmişə və hər yerdə elmi-texniki tərəqqinin inkişaf
səviyyəsindən asılı olmuşdur. İnsanların əqli tərəqqisi və buna
bəşəri təkamülün səviyyəsi nə qədər yüksək olursa, əhalinin
məskunlaşması da bir o qədər sürətlə və müxtəlif formalarda təzahür
edir. Başqa sözlə, yaşayış məntəqələrinin-kəndlərin, qəsəbələrin,
şəhərlərin salınması məhz həmin səviyyədən asılıdır.
Ümumiyyətlə, məskunlaşma dedikdə, insanların
yaşayıb-yaratması üçün ən lazımlı şərait və şərtlərin məcmusu
nəzərdə tutulur. Təbiidir ki, bu prosesin mərkəzində onun ilkin
bazası, zəruri şərti sayılan yaşayış yerləri alaçıq, qalacıq, koma,
daxma və nəhayət, müasir tipli mənzil, ev durur.
Ev insan yaşayışının və güzəranının çox mühüm
maddi vasitələrindən biridir. Yaşayış binaları, evlər insanların
təbiətə qarşı apardığı mübarizənin, onların şüurlu fəaliyyətinin,
məqsədyönlü əməyinin ilkin məhsullarındandır. Ev-eşik yaratmağın
inkişaf yolu uzun və mürəkkəb olub, müxtəlif mərhələlərdən keçir. Bu
xüsusiyyət Borçalı və ətraf bölgələrdəki evlərə də aiddir. Həmin
evlər, tikililər zaman-zaman dəyişikliklərə uğramış, təkmilləşmişdir.
Lap qədim zamanlarda bu ellərin Azərbaycan türkləri ibtidai, yerdən
qazma torpaq evlərdə, qara damlarda, tövlə yataqlarda, olacaqlarda
yaşamışlar. Sovet hakimiyyəti illərində bəzi şəhər, qəsəbə və
kəndlərdə evtikmə işləri əvvəlcədən tərtib edilmiş baş planlar,
layihələr əsasında sənaye üsulu ilə aparılmışdır.
Ümumiyyətlə, əhalinin məskunlaşması problemi
öyrənilərkən hər yerdə və bütün cəmiyyətlərdə başlıca olaraq dörd
amil əsas götürülür. Borçalı və digər bölgələrdə məsələni tədqiq
edərkən biz həmin amillərə istinad edirik. Bunlar aşağıdakılardır:
- Birinci amil məskunlaşmanın sosioloji baxımdan
daha geniş tədqiqi aparılmaqla cəmiyyətin məkanca təşkili formasını
nəzərdə tutur.
- İkinci amil işçi qüvvəsinin kəmiyyət və
keyfiyyətcə formalaşmasına iqtisadi şəraitin təsirini əhatə edir.
- Üçüncü amil coğrafi xüsusiyyət daşıyır,
məhsuldar qüvvələrin daha məqsədyönlü səhmanlaşması əhalinin ərazi
üzrə inkişafı və yerləşdirilməsinin rolunu nəzərə almağı zəruri edir.
- Nəhayət, dördüncü-demoqrafik amil əhalinin
təbii hərəkətinə təsir edən sosial-psixoloji səbəblərin yaranması
şəraitini öyrənir. Bu baxımdan Gürcüstan-Azərbaycan türklərinin
məskunlaşdığı regionlar demək olar ki, öz təbii-coğrafi şəraitinə,
torpaq, bitki örtüyünün zənginliyinə, su (əkin üçün) və nəqliyyat
bazasına, iqtisadi bazaya magistral şose və dəmir yolları
ətrafındakı mövqeyinə, nəhayət, əhalisinin sayına, əmək
ehtiyatlarının bolluğuna görə Zaqafqaziyanın digər bölgələrindən
xeyli fərqli olub, özünəməxsus imkanlara və inkişaf perspektivinə
malikdir.
Tarixdən məlumdur ki, Borçalı ta qədimdən oğuz
türkləriylə məskunlaşmış geniş bir ərazi olmuşdur. Türk qövmlərinin
(tayfa) hələ Miladdan öncə VII əsrdə bu yerdə yurd-yuva salıb
yaşamaları haqqında məlumatlar bir sıra ərəb, fars, yunan, türk,
alman, gürcü səyyahlarının, sərkərdələrinin gündəliklərində və
etnoqrafik oçerklərində öz əksini tapmışdır. Bu deyilənlər əsrimizin
lap əvvəllərində Sankt-Peterburqda nəşr edilmiş "Derevinnoe
zodçestvo Qruzii" kitabında da bir daha təsdiq olunur.
Əlbəttə, üç min il bundan öncə bu yerlərdə
türklərin məs-kunlaşması haqqındakı məlumatlar milli tariximizin
bəzi ən qədim səhifələrini öyrənməyə kömək edir. VI-VIII əsrlərdən
X-XII əsrlərə qədər uzun bir tarixi dövr ərzində ərəb, fars, yunan,
alman, gürcü tacir və səyyahları, qoşun sərkərdələri tərəfindən
hazırlanmış hərbi, tarixi-coğrafi xəritələrdə təhrif edilmiş şəkildə
olsa da, türk adlarının tez-tez sadalanması bu yerlərin qədim
türklərin olduğunu bir daha təsdiqləyir.
Borçalı bir mahal, qəza və sultanlıq (1880) kimi
XVII - XVIII əsrlərdə rəsmi status alıb. XX əsrin əvvəllərində
müəyyən səbəblər üzündən parçalanmaya məruz qalmış və 1921-1952-ci
illərdə isə hazırki in-zibati rayonlara ayrılmışdır.
Borçalı və sair bölgələrin (Saqareco, Loqodexi,
Telavi, Msxeta, Kareli, Kaspi, Tetri-Tskaro (Ağbulaq), Zəlyə)
əhalisi 60-dan çox türk tayfasından təşəkkül tapmışdır. Bunlardan ən
geniş yayılmış və hazırda öz qədim irsini, adət-ənənəsini qoruyub
saxlamış olanlar borcoğlular, qarapapaqlar, tərəkəmələr, oğuz,
qıpçaq, iskit və xəzərlər, hunlar, səlcuq və barsillərdir. Özlüyündə
bunların hamısı bizim ulu qıpçaq-oğuz kökümüzdür.
Gürcüstandakı Azərbayçan türklərinin qədimliyini
sübuta yetirməkdə bizə kömək göstərən, "canlı şahid" rolunu oynayan,
toxunulmaz, müqəddəs saydığımız tarixi abidələr və etnoqrafik
materiallardır. Bu müqəddəs abidə və sənət incilərində, körpülərdə,
qəbirlərin sinə və baş daşlarında türk, ərəb, fars dillərində həkk
olunmuş yazılar onların qədimliyi haqqında qeyd etdiklərimizi bir
daha təsdiqləyir. Belə tarixi incilərdən indiki Marneuli rayonunun
Ərəbli, Təkəli, Quşçu, Qaçağan kəndlərindəki yeraltı şəhərciklər, su
quyuları, qoç abidələri, günbəz və təndir abidələrini, Başkeçiddə
üçmərtəbəli qədim türk qəbiristanlığını, Lök Candarda ermənilər
tərəfindən saxtalaşdırılmış Alban kilsələrini (əslində səkkizləpirli
qədim türk günbəzləridir), Bolnisi rayonunun Arıxlı kəndindəki bir
sıra tarixi abidələri, Qoçulu qalasını, Cənnət meydanını, Qarayazı
bölgəsində Ağ Təhlə, Qara Təhlə və Qarayazı məntəqələrini göstərmək
olar.
Bir mahal kimi Borçalının taleyi müxtəlif
mənbələrin verdiyi məlumatlara görə, son üç yüz ildə heç də
sevindirici olmamışdır. Müxtəlif hərbi istilalardan yenicə yaxa
qurtarmış Borçalı əhalisi, sıx kompakt həyat sürmək əvəzinə yenidən
pərakəndə yaşamağa məruz qaldı. Azərbaycan türkləri Borçalının ən
münbit və məskunlaşma baxımından yaxşı mənimsənilmiş bölgələrindəki
qədim daimi yaşayış yerlərini tərk edərək Gürcüstanın cənub-şərqindəki
Saqareco, Loqodexi, Karel, Kaspi və s. bölgələrinə pənah apardılar.
Bundan bir müddət sonra Azərbaycanda xanlıqlar yarandı. Borçalıda
isə sultanlıq elan olundu. Lakin çox keçmədi ki, Borçalıda müxtəlif
çəkişmələr və istilalar nəticəsində sultanlıq da ləğv olundu.
XI yüzillikdə yaşamış soydaşımız Hübeyş
Tiflisinin dahilik şöhrəti onu yetirən Tiflis müsəlman mühitinin
dərin və qədim kökləri olduğunun tutarlı təsdiqidir. Türk alimi və
mütəfəkkir F. Kırzıoğlu "Qarapapaq (Borçalıda yaşayanları nəzərdə
tutur. Müəllif) uruğunun Kür-Araz boy-larındakı 1800 ilinə bir baxış"
(1971) əsərində bu məlumatları çox həssaslıqla açıqlayır. "Borçalı
və Qazax adlı iki qola ayrılan bu xalq Qıpçaq (Kuman-Xəzər) Oğuz
uruğundan sayılır... Bu iki igid, atlı-köçəri qəbilənin XI yüzilin
axırlarında Borçalı-Qazax çayları ətrafındakı ərazidə yerləşdilər və
1064-cü ildə Səlcuq sultanı Alp Arslanın qarşısında bütünlüklə islam
dinini qəbul etdik-ləri, "Türkistandakı Qaraqalpaq Qazax ləhcəsində
qonuşduqları son dərəcə inandırıcıdır". Həqiqət naminə demək
lazımdır ki, o vaxtlar türk tayfalarının Borçalıya gəlişi (bu axın
türklərin tarixdə ikinci əsas və güclü axını idi, belə axınlar
təxminən dörd dəfə olmuşdur) yalnız və yalnız soydaşlarına arxa
durmaq (əsasən Gürcüstanın Adıgün, Aspindza, Axalsix, Ahılkələk və
Boqdanovka nahiyələrinin: Sağamoy, Toxabir və ya Pərvanə (bu həm də
gölün adıdır), Kənzə, Zəlyə-Barmaqsız bölgəsinin Dağ Sarvan, Culuxlu,
Ködəkli və Novruzalı və s. məntəqələr) məqsədilə olmuşdur. Lakin
qeyd olunmalıdır ki, X-XII əsrlərdə səlcuq-ların, ərəblərin bu
mahala gəlişlərinə qədər, bu məmləkətdə artıq yerli Azərbaycan
türkləri yaşayıb-yaradırdılar.
Azərbaycan türklərinin Gürcüstanda belə pərakəndə
dağılmasının ən əsas şərtlərindən biri yuxarıda qeyd etdiyimiz kimi,
bol suyun, münbit torpaqlı əkin sahələrinin və əlverişli coğrafi
mövqelərin olması ilə yanaşı, hər 100-150 ildən bir xaricdən İran,
Türkiyə dövlətlərinin və daxildə isə xanlıqların öz ərazi-iqtisadi
imkanlarını ge-nişləndirmək məqsədilə apardıqları müharibələr
olmuşdur. Hər bir müharibə nəticəsində döyüşdə iştirak etmiş
minlərlə adam bu ərazilərdə məskunlaşdırılmış (məcburi və könüllü),
yerli əhali isə qismən ətraflara - Maşaver, (Cağala), Alket, Xram (Təvədöy),
Debed (Borçalı) çaylarının sahillərinə və meşəlik sahələrə çəkilməyə
məcbur
etdirilmişdir. Buna görə də Borçalı mahalının
mərkəz bölmələrində kənd yaşayış məntəqələri daha iri olub (bir
kənddə 100-150 ailə). (XIII əsrin axırlarına - XIX əsrin əvvəllərinə
olan məlumat). Kəndlərin forma və quruluşuna görə isə topa şəkilli,
çay dərələri boyunca isə terrasvari (pilləkən) olub, zəncirvari
şəkildə biri digəri ilə dərə boyu birləşir. Bəzi yerlərdə isə
uzunsov lent formalı görkəmi almışdır.
XVI əsrin axırları və XVII əsrin əvvəllərində
belə müharibələrin birində Gürcüstanın Azərbaycan türkləri yaşayan
ərazilərinə türk və türk mənşəli tayfaların miqrasiyası (köçmə)
güclənmişdir. Nəticə etibarilə Kaxetiyanın bəzi ərazilərinə Sefid
yürüşü - axını olmuşdur. Qarabağ mahalından bu ərazilərə Azərbaycan
ailələri (Msxeta, Telavi, Sığnaxın bir sıra Azərbaycan kəndləri və
Saqarec onun Yormuğanlı-Qaraçöp (İormuğanlı) kompleks kəndləri başqa
iyirmi dörd Qacar və Peykar xan olmaqla) köçürülmüşdür.
Tarix göstərir ki, Borçalı əhalisi daim faciələr
mənbəyində yaşamışdır. Onun yerli əhalisi (Uçalı, Çaxarlı, Ərəbli,
Saral, Tərkəvin, Təkəli, Borçalı qarapapaqları, Tərəkəmələr,
Qaragözlü, Şaxsevən, Bayandur və buraya sonradan köçürülmüş kiçik
tayfalar (60-a yaxın) XVII-XVIII əsrlərdə olmazın məşəqqətlərə məruz
qalıb öz məskunlaş-
mış areallarını tərk etməyə başlamışdır. Bu
dövrlərdə Borçalı tez-tez xarici və daxili düşmənlərin əsarəti
altına düşmüş, ərazisi və iqtisadiyyatı talan olunub dağılmışdır. Bu
illərdə (1770-1775) Qubada hakimiyyətdə olan Fətəli xan vahid
Azərbaycan dövləti yaratmaq haqqında geniş plan hazırlamışdır. Lakin
Türkiyə, İran qoşunlarının iradəsini qıra bilməyən Fətəli xan
Rusiyanın vasitəçiliyi nəticəsində
P İrakli ilə münasibətləri nizama salmış və
Borçalı mahalını parçalanmaqdan xilas etmişdir. Fətəli xanın
ölümündən (1789) sonra onun çətinliklə də olsa yaratdığı dövlət
parçalanmaya məruz qaldı. Bu parçalanma Borçalının başına bəlalar
kətirdi. Bundan sonra İran taxt-tacına sahib olan Nadir şah üstəlik
fərman verib Qazax, Kəncə, Şəmkir və Şəmsəddini Kartli çarı
Teymurazın sərəncamına verdi. Borçalının ikinci tarixi faciəsi də
elə bu dövrlərdən başladı. Bir müddətdən sonra P İraklinin
köməyindən istifadə edən Şahverdi xan İran qoşunlarını Gəncədən
çıxardı, özünü bu vilayətin qanuni xanı elan etdi. Həmin vaxtlardan
etibarən istər Kəncə-Qazax bölgəsində və istərsə də Borçalı
nahiyəsində torpaqlar təcrid edilib bir qismi yerli əhaliyə verildi.
Sürgün olunmuş əhalinin bir hissəsi yenidən Borçalıya qayıtdı.
Görünür, daxili düşmənlərin (ermənilərin) Borçalını parçalamaq
iştahı müvəqqəti də olsa azalmışdı.
Borçalı mahalında əhalinin məskunlaşmasına tarix
boyu müharibələr ciddi təsir göstərmişdir. Ən böyük çətinliklər XIX
əsrdə meydana gəlmişdir. Borçalı əhalisinin Qazax və Şəmsəddin
atlıları ilə birlikdə Ağa Məhəmməd şah Qacara və Abbas Mirzəyə qarşı
döyüşlərini qeyd etmək olar. Məhz bu döyüşlərdən sonra, yəni 1801-ci
ildə Borçalı sultanlığı ləğv edilərək birdəfəlik Rusiyanın tərkibinə
daxil olur. 1880-cı illərin əvvəllərində Borçalı ərazi baxımından
ayrıca bir müstəqil inzibati bölgəyə çevrilir. XX əsrin 29-30-cu
illərində keçmiş Borçalı mahalında üç inzibati rayon yaradılır:
Lüksenburq, Başkeçid və Borçalı. Buradan görünür ki, o qədər də
geniş əraziyə malik olmayan Borçalı mahalı son üç əsrdə 10-a yaxın
böyük və kiçik müharibələrlə üzləşmiş, onun yaşayış məntəqələri və
təsərrüfatı tam dağıdılmış, 1918-1920-ci illərdən sonra isə burada
torpaq daxmalar əvəzinə, sadə, çay daşlarından və saman-torpaq
qarışıqlı çiy kərpicdən tikilmiş birmərtəbəli evlərdən ibarət
kəndlər meydana gəlmişdir. Əhali yaşamaq üçün münbit torpaqla yanaşı,
bir çox dağətəyi və çaylar ətrafı sahələri əkin altına almışdır.
Müharibələrin hədsiz dərəcədə insan tələfatına səbəb olmasına
baxmayaraq, XIX əsrin axırlarında (1880) Borçalıda 102 minə yaxın
əhali qeydə alınmışdır.
XX əsrin əvvəllərinə olan məlumata görə, 60 minə
yaxın əhali 44 məntəqədə cəmləşərək, hər bir kv km-ə 1,7 nəfər, hər
1000 kv km sahəyə isə 3,4 məntəqə düşürdü. Hər bir kəndin əhalisi
orta hesabla 300-310 nəfər təşkil edirdi. Yeri gəlmişkən qeyd edək
ki, Borçalı mahalının kəndlərində əhalinin orta sıxlığı Gürcüstanın
digər kəndlərinin (kürcülər, ermənilər və ruslar yaşayan) orta
sıxlığından 1,4 faiz üstün idi.
Borçalıda əhalinin belə sıx məskunlaşması (1890)
bu mahalda təsərrüfatın inkişaf sürətindən və torpaqlarından lazımi
səviyyədə istifadə olunmasından irəli gəlirdi. Əlbəttə, ərazinin
əlverişli coğrafi mövqeyi, təbii şəraitin rəngarəngliyi, iqlim
ünsürlərinin müxtəlifliyi və suvarma şəbəkəsinin üstün olması
əhalinin burada geniş məskunlaşmasına səbəb olmuşdu. Borçalıda kənd
yaşayış məntəqələri bir qayda olaraq çay vadilərində (Kür, Təvədöy,
Borçalı, Cağala (Maşaver), Alket və s.), dağ çaylarının düzən və
hamar sahələrə çıxdığı ərazilərdə (müqayisə üçün tam eyniliyi ilə
Azərbaycanın Şəki-Zaqatala rayonlarında) və dərələrində salınmışdır.
İstər əhalinin əraziyə görə sıxlığı baxımından,
istərsə də məntəqələrin ərazi üzrə yerləşməsi və funksional tipinə
görə XX əsrin 50-ci illərinə qədər məskunlaşmış əhali və salınmış
məntəqələr Gürcüstanın digər mahallarının və bölgələrinin XX əsrdə
inkişaf etmiş məntəqələrin əhalisinin sıxlığından fərqlənirdi. 1926-cı
ildə Acarıstan bölgəsində 132,0 min, Abxaziyada 210,5 min, daxili
Kartlidə 225,0 min, Cənubi Osetiyada 88,0 min nəfər olduğu halda,
Borçalıda 101,4 min əhali qeydə alınmışdır. Bu rəqəmlər 40 ildən
sonra müvafiq olaraq 294,0, 462,0, 353,0, 101,5, Borçalıda isə 465,7
min nəfərə çatmışdır. Bu fərq artımı faiz hesabı ilə belədir:
223,0%, 219,7%,156,4%, 115,7%, Borçalıda isə 231,2%. Buradan görünür
ki, 40 il müddətində əhalinin təbii artımı mexaniki hərəkətə və
ölümə nisbətən mahalda daha yüksək olmuş, digər regionlara nisbətən
Borçalıda təxminən 2 dəfə üstünlük təşkil etmişdir. Əsas fərqlərdən
biri odur ki, XX əsrin kənd məntəqələri öz forma və quruluşuna, iri
ölçülü olmasına, funksional tiplərinə və morfo-genetik quruluşuna
görə çox müasir tiplidir. Abadlıq və sosial şəraiti etibarilə,
habelə tikinti materiallarının keyfiyyətinə görə müasir kənd
məntəqələri keçmişdə olduğundan daha əsaslı şəkildə fərqlənir.
Regionda məskunlaşmanı ərazinin landşaft qurşaqları üzrə və inzibati
rayon daxilində araşdırsaq, görərik ki, düzən, dağətəyi və dağlıq
ərazilərdə daha çox rəngarənglik nəzərə çarpır. Təsərrüfat cəhətdən
yaxşı mənimsənilmiş ərazilərdə (Marneuli, Qardabani rayonları) əhali
daha sıx, məntəqələr daha müasir və böyükdür. Məntəqələr zəncirvari-düz
xətt istiqamətində yerləşərək, aran şəraitinə uyğun (iqlimi nəzərə
almaqla) olması ilə fərqlənir. Dağlıq və dağüstü düzənlik sahələrdə
isə əhali ümumi əraziyə görə seyrək, əkinə yararlı torpaqlara görə
isə daha yığcam və sıxdır.
Kəndlər topa halında, terrasvari və amfiteatr
formalı pərakəndə şəkildə yerləşməsi ilə fərqlənir. Məlumdur ki,
dağlıq ərazilərdə əkinə yararlı sahələr çox yığcamdır və geniş
sahələri əhatə etmir, ona görə də kənd təsərrüfatının başlıca sahəsi
iri buynuzlu mal-qara və xırda buy-nuzlu qoyun-keçilərdən ibarətdir,
südlük-ətlik və ətlik-yunluq istiqamətlidir. Əkinçilik baxımından
isə dənli bitkilər- payızlıq taxıl və arpa, əsasən kələm becərilir,
kartofçuluq və çox cüzi olaraq bağçılıq inkişaf etmişdir. Bölgənin
sırf dağlıq olmasına baxmayaraq, ərazinin təxminən 60-65 faizini
meşə örtüyü təşkil edir, onu dövlət qoruğu kimi becərib ərsəyə
çatdırırlar. Belə sıx meşə zolağının çala-çuxur və hamar, boş
sahələrində kiçik kəndlər salınmışdır. Məskunlaşma bu yerlərdə çox
ləng inkişaf edir. Əsasən əkinə yararlı torpaqların və mal-qara üçün
örüş sahələrinin məhdudluğu işləri çətinləşdirmişdir. Nəticə
etibarilə XX əsrin əvvəllərində məskunlaşmış ərazilərdən əhali
sürətlə aran və dağətəyi zonalara miqrasiya olunur. Sahəsinin
təxminən 80-90 faizi dağ massivlərindən ibarət olan Dmanisi (Başkeçid)
rayonunun ərazisi məskunlaşma baxımından çox qədim olub, məntəqələr
pərakəndə şəkildə bütün ərazi boyu səpələnmişdir. Evlər əsasən
ikimərtəbəli olub, torpaq və daş binalardan ibarətdir. Birinci
mərtəbəsi mal-qara üçün tövlə kimi, ikinci mərtəbəsi isə əsasən
yaşayış mənzili kimi istifadə edilirdi.
Binaların tikintisində əsasən döşəmə daşdan, çay
ətraflarında salınmış kəndlərdə isə çay daşlarından və çiy kərpicdən
istifadə olunmuşdur. Bu rayonun məntəqələrinin zahiri forması və
daxili quruluşu əski türk kəndlərini xatırladır. Çünki əhalinin
əksər hissəsi həmişə (XX əsrin əvvəllərində) Türkiyə ilə təmasda
olmuş və sonradan Türkiyəyə miqrasiya olunmuşdur.
Dmanisi rayonunun xalq təsərrüfatı yuxarıda qeyd
etdiyimiz kimi, heyvandarlıq, dəmyə əkinçiliyi, sənayesi isə bir
neçə kiçik daş, kərpic karxanalarını çıxmaq şərtilə əsasən yeyinti (yağ,
pendir), yüngül sənaye sahələrindən və kustar kömür dəmirçixanadan
ibarətdir. Meşəçilik və arıçılıq bu rayonun spesifik sahələrindəndir.
Nəqliyyatı texniki baxımdan çox zəif inkişaf edib,
qoşqu qüvvəsi kimi əsasən eşşək, at və öküzlərdən istifadə olunur (XVIII
-XIX əsrlər). Əlbəttə, nəqliyyatın bu növləri ilə qısa məsafələrə,
kəndarası, bəzi hallarda qonşu rayonlara da yük daşınır. Yolların
80%-i torpaq yollardır. Bəzi yollar rayon mərkəzi ilə iri
məntəqələri və qonşu ra-yonları, mərkəzi məntəqələri və inkişaf
etmiş Tiflis, Borçalı, Çoruk-Qəmərli (indiki Bolnisi) xətlərini
birləşdirir. Döşəmə daşlardan və xırda çınqıllı materialdan salınmış
bu yollar respublika və dövlət əhəmiyyətli olmaqla bərabər, Türkiyə,
İran, Gürcüstan və Azərbaycan dövlətləri ilə siyasi-iqtisadi, poçt-rabitə
əlaqələri saxlamaq baxımından da faydalıdır. Qeyd etməliyik ki, bu
magistral yollar rayonun bütün guşələrinin mahalın mərkəzi Sarvan
məntəqəsi ilə birbaşa iqtisadi və ticarət əlaqələrini tənzim edir.
Bütün ərazilərdə olduğu kimi Borçalıda da nəqliyyatın məskunlaşmaya
çox böyük təsiri vardır. Elə bunun nəticəsidir ki, Dmanisidən
başlamış Sarvan məntəqəsinə qədər (90 km) əsas magistral yol
ətrafında zəncirvari şəkildə kəndlər uzanır. Ümumiyyətlə, Borçalıda
olan məntəqələrin 60%-i bu yolun ətrafında, 25%-i ikinci dərəcəli,
rayon tabeliyində olan rayon mərkəzləri ilə cəmiyyətlər (sovetliklər)
arası, 15%-i isə üçüncü dərəcəli olub kəndarası və
təsərrüfatlararası yollardır. Hər üç kateqoriyaya daxil olan yollar
rayonla vahid məskunlaşma sistemi yaratmışdır. Əlbəttə, bunlar
XIX-XX əsrlərin ortalarına olan məlumatlardır.
Son 40 ildə bu yollar və vahid məskunlaşma
sistemi kökündən dəyişmiş, yeni, müasir, insanın zövqünü oxşayan
abad yollar, onun da nəticəsində yeni kənd məskunlaşması sistemi
yaranmışdır.
Borçalının ikinci dağlıq bölgəsi Çoruk-Qəmərli
inzibati rayonudur. Bu rayon Dmanisiyə nisbətən iqtisadi və təbii
ehtiyat baxımından daha çox inkişaf imkanlarına malikdir. Belə ki,
burada əkin altında olan və əkinə yararlı geniş torpaq sahələri
vardır. Bu imkanlar bölgədə məskunlaşmaya və onun inkişafına təsir
edə bilən nəqliyyat yollarının salınmasına təsir göstərmişdir. Çoruk-Qəmərli
bölgəsində kənd yaşayış məntəqələri bir qayda olaraq xırda dağ
çayları və dərələr boyunca salınaraq meşə zolağında, bəzi hallarda
isə meşənin seyrək çala-çuxur ərazilərinin əkin üçün yararlı torpaq
fondu olan sahələrdə salınmışdır. Kənd əhalisi meşələrin otlaq
sahələrində heyvandarlıq və bağçılıqla-üzümçülüklə məşğuldur. Belə
kəndlərdən Saraclı, Faxralı, İmir-hasanlı, Mığırlı, Qoçulu və s.
göstərmək olar.
Bolnisi rayonunda bir qrup kəndlər də vardır ki,
onlar meşə zolağı ilə magistral yolun ayrıcında salınıb-Abdallı,
Həsənxocalı, Daşlıqullar, Kolakir, Kiçik Muğanlı və s. Bu kəndlərin
əhalisi əsasən tərəvəz və bağçılıq-bostançılıqla məşğuldur. Tam meşə
zolağında məskunlaşan kəndlərdən Darvaz, Kəpənəkçi və s. göstərmək
olar. Çoruk-Qəmərli (Yekatrinenfeld) bölgəsində 1886-cı ilin
məlumatına görə 33 yaşayış məntəqəsi olub. Bu kəndlərin 12-si
Maşaver, Xram çaylarının sağ və sol sahilində 15-20 km məsafədə
məskunlaşmışdır. Yeddi məntəqə Borçalı-Başkeçid magistral yolu
ətrafında, yerdə qalan məntəqələr isə dağətəyi zona və meşə,
nisbətən meşə-çöl zonasında yerləşmişdir.
XIX əsrin axırlarında bu bölgədə cəmi 7250 nəfər
əhali yaşamışdır ki, onun da 486 nəfəri gürcü, 772 nəfəri erməni,
1209 nəfəri alman, 8 nəfəri rus, 4735 nəfəri isə Azərbaycan türkü
olmuşdur. Çoruk-Qəmərli rayonunun kənd yaşayış məntəqələrinin
tikintisində əsasən bölgənin təbii sərvət və təbii ehtiyatlarından (daş
karxanaları, çay daşları, ağ və bozqar rənkli gəc və s.) geniş
istifadə olunmuş, yaşayış mənzilləri adları çəkilən tikinti
materiallarından inşa edilmişdir.
Ərazidə məskunlaşma təbii-iqlim şəraitinin
əlverişliyi və kənd təsərrüfatına yararlı torpaq sahələrinin
inkişafı istiqamətində getmişdir. Mahalın ən böyük və nisbətən
inkişaf etmiş bölgəsi Borçalı rayonudur. Bu rayon şərti olaraq
üçünçü rayondur. Buranın mərkəz məntəqəsi Sarvandır. Təxminən 500
yaşı vardır. Sarvan - bölgənin ən böyük və nisbətən inkişaf etmiş
məntəqəsi olmaqla yanaşı, Zaqafqaziyanın şose və dəmir yolları
qovşağında yerləşir. Bu rayon cənub-şərqdən Qarayazı, şimaldan
Ermənistan, şimal-şərqdən Çoruk-Qəmərli, cənub-qərbdən isə
Qazax-Ağstafa qolu ilə həmsərhəddir. Əlverişli torpaq-iqlim
şəraitinə malik olan bu bölgə münbit torpaqları, suyu, geniş suvarma
kanalı və arxları olması ilə, hər üç dövlətin su, dəmir və şose
yolları ayrıcında yerləşməsi ilə fərqlənir. Bu rayon ərazisinin 2/3
hissəsi fiziki-coğrafi baxımdan düzənlikdən (Borçalı düzənliyi),
yerdə qalan hissəsi isə Yağılca təpəliyindən və dağətəyi (500-700m
dəniz səviyyəsi) sahələrdən ibarətdir. Bölgə əhalisinin sayı 1886-cı
ilin məlumatına görə, 15670 nəfər olmuşdur ki, onun da 98%-ni
Azərbaycan türkləri təşkil etmişlər. Ərazinin Yağılca təpəlik
massivi demək olar ki, başdan-başa qışlaq üçün örüş sahəsindən
ibarətdir. Əsas yaşayış məntəqələri bol suvarma əhəmiyyətinə malik
olan çayların (Alket, Borçalı, Çağala, Kür və Təvədöy) sahillərində
yerləşmişdir. XVII əsrin axırları və XVIII əsrin ortalarında
salınmış kəndlərdəki evlər bir qayda üzrə qara damlardan, qazma
tövlələrdən ibarət olmuşdur. XIX əsrin axırları və XX əsrin əv-vəllərində
məskunlaşan məntəqələrin tikintisində isə əhali əsasən çiy kərpicdən
və qismən çay daşlarından istifadə etmişdir. Kəndlərin
konfiqurasiyası (xarici görünüşü və morfo-genetik quruluşu) topa-şar
şəkilli olub, baş küçədən və xırda küçələrdən ibarət idi.
Maraqlıdır ki, dağlıq zona olan Başkeçid, Çoruk-Qəmərli
bölgələrində əhalinin yaşayışı və mal-qaranın saxlanması bir binada
olduğu halda, Borçalıda (Sarvan) bunlar ayrı-ayrı yerlər və
binalarda məskunlaşmışdır. Təsərrüfatı dənli bitkilər (taxıl, buğda,
arpa), texniki (pambıq) bitkisindən, son vaxtlarda qarğıdalı,
çuğundur, kətan becərməkdən, dağətəyi zonalarda arıçılıq və
heyvandarlıqdan ibarət idi. Burada əkinə yararlı geniş torpaq
sahələri vardır ki, bu da öz növbəsində ərazidə məskunlaşmanın
areallarının genişlənməsinə təkan vermişdir. Bu amillər ərazidə
müxtəlif yaşayış ocaqlarının yaranmasına gətirib çıxarmışdır. Ən
qədim yaşayış məntəqələrinə dağ ətəklərində və düzənliklərin axar
çay hövzələrində rast gəlinir. Bu rayonun kəndlərinin tipologiyası (yəni
kənd əhalisinin məşğulluq dərəcəsi, əmək vərdişləri) əsasən iki
istiqamətdə meyllənmişdir. Birinci tip kəndlər təsərrüfat ixtisasına
görə üzümçülük-bağçılıq, ikinci tip kəndlər isə taxılçılıq-heyvandarlıqla
məşğul olanlardır. Sonralardan üçüncü tip, zəif inkişaf etmiş, keçid
mərhələdə tərəvəzçilik, arıçılıq və quşçuluq təsərrüfatı ilə məşğul
olan kəndlər də meydana çıxmağa başladı. Ümumiyyətlə, bütün mahalda
olduğu kimi, onun ayrı-ayrı bölgələrində də kəndlərin funksional
tiplərə bölünməsi, məskunlaşmış ərazilərin əkinə yararlı torpaq
sahəsi, təsərrüfatların suya olan ehtiyacı, nəqliyyat yolları,
əhalinin əmək vərdişləri, əməkdə ixtisaslaşması və s. kimi amilləri
müəyyən etməyə imkan verir. Bunları nəzərə alsaq, demək olar ki,
mahalın kəndləri əsasən kənd təsərrüfatı tiplidir.
Dördüncü- Qarayazı bölgəsi (rayonu). Sahəsində və
sərhədlərində edilmiş müəyyən dəyişiklikləri nəzərə almasaq, bu
rayon yarandığı gündən bu günə kimi öz sabit ərazisini qoruyub
saxlamışdır.
Qarayazı rayonu (Qardabani) Gürçüstan dövlətinin
tərkibində bir inzibati rayondur. Öz təbii şəraiti, çoğrafi mövqeyi
və təsərrüfatının eyniliyi baxımından Borçalı mahalının 2/3 hissəsi
ilə çox uyarlıdır. Lakin nədənsə bu ərazi inzibati baxımdan heç vaxt
Borçalı qəzasının tərkibinə daxil edilməmişdir. Bizim fikrimizcə bu
çox səhv hal kimi qiymətləndirilməlidir. Müxtəlif araşdırmalardan
sonra, yəni əhalinin milli mənsubiyyətinə, əmək vərdişlərinə, adət-ənənələrinə,
qan qohumluğu əlamətlərinə və eyni ərazi baxımına görə biz
Qarayazını Borçalı ərazisinin üzvi hissəsi kimi bölünməz hesab edib
tədqiq etdik. Bu bölgə yuxarıda göstərdiyimiz kimi, əlverişli
çoğrafi ərazidə yerləşir, Gürçüstanla Azərbaycanı bir ensiz Kür
dəhlizinə birləşdirir. Bu bölgənin ərazisinin müəyyən hissəsi
Gürcüstan-Azərbaycan şose və dəmir yolları üstündədir. Respublikanın
paytaxtı Tbilisi şəhərinə ərazinin bitişkənliyinin böyük
iqtisadi-strateji üstünlükləri vardır. Qarayazının təbii şəraiti
olduqça əlverişlidir, Kür çökəkliyi münbit lilli torpaqlarla çox
zənkindir. Bu ərazilər dövrü suvarıldıqdan sonra yüksək keyfiyyətli
məhsul götürülür. Qara düzün boz və gillicə torpaqları qış otlaqları
üçün çox yararlıdır. Son illər bu ərazilərdə Azərbaycan türklərini
sıxışdırmaq məqsədilə çoxlu gürcü- Svan kənd-ləri salınmışdır.
Stalin-Beriya siyasəti nəticəsində çoğrafi
mənafeyi baxımından yeri düzgün seçilməyən, Azərbaycanın Daşkəsən
dəmir filizi əsasında inşəyən Rustavi iri sənaye mərkəzi-nin
Qarayazı ərazisində yerləşdirilməsi, əhalinin işlə təmin olunmasında
müsbət rol oynasa da, rayonun ekoloji tarazlığının pozulmasına
gətirib çıxarmışdır. Belə ki, şəhərdə yerləşdirilən metallurgiya
kombinatının qaynar şlakının və gülünün Kür çayı boyu tökülməsi
buranın geniş sahədə qiymətli Tuqay meşələrinin (yerli əhali
arasında buna "çala" da deyirlər) birdəfəlik məhv edilməsinə səbəb
oldu. Kənd təsərrüfatına yararlı torpaq sahəsini də dövriyyədən
çıxardı. Kür çökəyi boyu daimi əsən küləklər (el arasında bu hava
axınına "Ağ yel" deyirlər) bu şəhərdəki sement zavodunun, kimya
kombinatının zəhərli qazlarını bölgənin sıx yaşayış məntəqələri
üzərinə yayaraq kənd təsərrüfatı bitkilərinə, həyətyanı meyvə və
tərəvəz əkin sahələrinə böyük ziyan vurdu. Ən başlıcası isə, bu
kəndlərdə yaşayan əhalinin sağlamlığını əlindən aldı, müxtəlif uşaq
xəstəlikləri törətdi. Külək əsəndə Rustavidən cənubda yerləşən
məntəqələrdə nəfəs almaq çətinləşir, atmosferə atılan zəhərli
qazların təsiri çox-çox uzaqlara yayılır, şəhərin çirkab suları
rayon ərazisindən çəkilən borularla Kür çayına axıdılır. Qafqazın
yeganə həyat mənbəyi olan bu çayın suyunu zəhərləyir, balıqları və
bütün canlı aləmi məhv edir.
Qarayazı rayonunda hazırda 60 min nəfər əhali
yaşayır. Əhalinin milli tərkibinin dəyişməsi əsasən 1960-cı illərdən
başlamışdır. Gürcüstan hökuməti Borçalının Azərbaycan türkləri
məskunlaşan Qarayazı kimi bölgələrində (o cümlədən Ağ Təhlə kəndində)
qış otlaqlarında köçürmə gürcü kəndləri salmağa başladı. Ketdikcə
belə "müasir tipli" kəndlərin Qarayazı düzündəki sayı xeyli artdı.
Hər cür sosial şəraiti və təminatı olan, dövlət tərəfindən salınan
belə kəndlərdə müxtəlif təbii fəlakət adı altında svan və s. gürcü
etnik qrupları yerləşdirildi. Daha sonra onları işlə təmin etmək
üçün Qarayazı ərazisində irimiqyaslı sənaye obyektləri salındı. Bu
müəssisələrin əsas işçi qüvvəsi rayonun Azərbaycan türkləri olduğu
halda, rəhbər vəzifələrə bir qayda olaraq gürcülər təyin edildi. Elə
buradan da iki qonşu, dost xalq arasında ayrı-seçkilik, ögeylik
münasibətləri cücərməyə başladı.
Əsrimizin 60-cı illərindən başlayaraq kolxozların
sovxozlarla əvəz olunub birləşdirilməsi, iri təsərrüfatların
yaradılması istehsalı Azərbaycan kəndlərinin mədəni-sosial şəraitinə
müsbət formada heç nə vermədi. Sovxozların xalis tərəvəzçilik üzrə
ixtisaslaşması maldarlıq təsərrüfatına güclü ziyan vurdu. Tarixən
isə rayon ərazisin-də həm heyvandarlıq, həm də əkinçilik bir-biriylə
bağlı şəkildə inkişaf edirdi. Buna rayon ərazisinin təbii şəraiti də
geniş imkan verirdi. Rayonun bütün kəndlərinin Kür vadisində və
Kürdən başlayıb, Candar gölünə tökülən suvarma kanalının alt
tərəfindəki münbit torpaqlarında əkinçilik, Qarayazı düzündə isə qış
otlaqları yerləşirdi. Sonralar bu otlaq sahələri kəndlərin
hesabatından birdəfəlik alındı. Onların qoyun sürüləri, naxırları və
ilxıları əvəzi ödənilmədən dövlət tərəfindən alındı. İllər boyu
qoyunçuluq üzrə səriştə qazanmış adamlardan isə tərəvəzçi və
bostançı alınmadı.
Qarayazı kəndlərinin çal-çağırlı, şən həyatı
sönməyə başladı. Gənclər başqa respublika və regionlara, o cümlədən
kütləvi şəkildə doğma Azərbaycana axışdılar. Uzun illərdən bəri
davam edən bu proses kəndlərin qocalmasına, yerli əhalinin
seyrəlməsinə səbəb oldu. Son illərdə isə keçmiş SSRİ-nin dağılması,
Gürcüstanda millətçi qrupun respublikada müvəqqəti də olsa
hakimiyyətə gəlməsi onsuz da ağır olan Azərbaycan kəndlərinin sosial-mədəni
həyat tərzini xeyli pisləşdirib aşağı saldı və bu kəndlərdən
adamların Azərbaycana miqrasiyasına (köçməsinə) təkan verdi.
Məlumat üçün qeyd edək ki, əsrimizin 90-cı
illərində baş vermiş milli ayrıseçkiliklə əlaqədar təkçə bölgənin
sənaye şəhəri olan Rustavi şəhərindən 18 min azərbaycanlıdan 16 min
nəfəri öz doğma yurdlarından həmişəlik köçüb ketmişlər. Belə
misalları Borçalı mahalının bir sıra məntəqələrinə şamil etmək olar.
Rayon cənub-şərqdən Azərbaycanla, şərqdən
Saqareco, şimal-qərbdən Msxet, qərbdən Borçalı rayonları, şimaldan
isə Tiflis quberniyası ilə həmsərhəddir. Qarayazı bölgəsinin
təxminən 2/3 hissəsini Qarayazı çölləri təşkil edir, bölgənin yalnız
şimal və qərb səmtləri təpəliklərdən ibarətdir. Ərazinin Kür çayı
sahələri kənd təsərrüfatına yararlı əkin sahələridir, kəndlər
əvvəllər ərazidəki çay və kanallar boyunca məskunlaşmış, XIX əsrin
axırı və XX əsrin əvvəllərindən isə magistral dəmir və şose yolların
ətrafında salınmışdır. Evlərin tikintisində əsas inşaat materialları
kimi ta qədimdən gil, qum və samandan istifadə olunub, evlər bir
qayda olaraq qara-tövlə şəraitli damlar kimi tikilmişdir.
Kəndlər formaca (xarici görünüş) zəncirvari,
bir-iki əsas küçələrdən ibarətdir. Qarayazı bölgəsində də Borçalı
kimi bol sulu kanal və çaylar vardır (24 kanal XVIII əsrdə). İçməli
su məsələsinə gəldikdə isə, yalnız bu çayların suyundan istifadə
edilir. Rayonun ərazisində Qarayazı adlı meşə massivi yerləşir.
Əlbəttə, XVII -XVIII əsrlərdə bu meşə çox sıx və sərvətlərinə görə
zənkin olmuşdur. XIX əsrin axırı, XX əsrin əvvəllərindən isə
insanların kortəbii istifadəsi nəticəsində (yanacaq və əkin üçün)
meşə seyrəkləşmiş və talalar şəklində kolluqlara çevril-mişdir.
Əlbəttə, meşənin belə hala düşməsində Kür çayının da zərərli rolu az
olmamışdır. O vaxtlar Kür çayının sahillərində lazımi su bəndlərinin
çəkilməməsi, yaz və payız aylarında çayın və kanalların daşması
nəticəsində ətraf sahələri su basmış, bataqlıq sahələrə çevrilmişdir.
Bu ərazinin kəndləri nisbətən iridir. Əhalisi ərazi üzrə pərakəndə
məskunlaşmışdır. Burada yaşayanlar qədimdə və elə indi də atçılıq və
tərəvəzçiliklə məşğul olurlar. Daxili iqtisadi və təbii iqlim
şəraiti əhalinin yaxşı yaşaması, yaşayış məntəqələrinin abad olması,
bütünlüklə ərazidə məskunlaşmanın inkişaf etməsi üçün zəmin olmuşdur.
Qarayazı bölgəsinin özünəməxsus məskunlaşma
meylliyi vardır. Əhali əsasən çöl ərazilərinə, kanal, kollektorların
ətraflarına daha çox meyl göstərir. Çünki bu ərazilərin torpaqları
münbitdir. Qarayazının Azərbaycan türkləriylə qədimdən məskunlaşmış
ərazisi özündə on minlərlə yerli əhali cəmləşdirmişdir.
Gürcüstanda Azərbaycan türklərinin tarixən
məskunlaşdıqları və indinin özündə yaşadıqları yerlər təkcə Borçalı
ilə məhdudlaşmır. Azərbaycan türkləri Borçalının ətraf bölgələrində
Saqareço, Loqodexi, Telavi, Msxeta, Kareli, Kaspi, Ağbulaq (Tetri-Skaro),
Barmaqsız (Zəlyə), Adıkün, Aspindza, Axalsix, Ahılkələk, Tiflis,
Muxran, Qori, Rustavi və s. yerlərində indiki Ermənistanın Cəlaloğlu,
Barana (Noyenberyan), Loru, Pəmbək və İrəvan ətrafında
məskunlaşmışlar. Saqareco bölgəsində cəmi 7 məntəqə vardır ki,
bunların əhalisi Qarabağ mahalından, Kəncə-Qazax bölgəsindən, qismən
Şəkidən və Çoruk-Qəmərlidən köçüb gəlmişlər. Rayonda Ləmbəli, Yor
Muğanlı, Keşəli və s. kəndlər tarixi məskunlaşma baxımından
Borçalının tərkibində olan həmin eyniadlı məntəqələrin davamıdır.
Buranın ilk dəfə məskunlaşdıqları sakinləri obaların adlarını ikinci
dəfə yaşadıqları məntəqələrə vermişlər (nəslin davamçıları).
Belə hallara mahalın bir sıra kəndlərində tez-tez
rast gəlinir. Əhalinin məşğuliyyəti, adət-ən'ənələri, təsərrüfatın
oxşarlıq əlamətlərinə görə bunlar tamamilə üst-üstə düşür.
Bir sıra oxşar əlamətlərə görə bu zona əhalisinin
özünəməxsus ortaq inkişaf yolları və meyarları vardır.
Rayon özünün məskunlaşma arealında qeyd etdiyimiz
kimi, 7 məntəqəni və ya 25 minə yaxın əhalini cəmləşdirmişdir (Azərbaycan
türkləri).
Gürcüstanın digər bölgələrindəki (Laqodexi,
Telavi, Msxeta, Kareli, Kaspi, Axalsix və s.) ərazilərdə Azərbaycan
türkləri yalnız əkinə yararlı torpaq sahələrinin ətraflarında yığcam
şəkildə məskunlaşmışlar. Bunların belə sıx məskunlaşmasının ən
başlıca səbəbi onların qeyri xalqlar arasında yaşamaları və onlarla
heç bir qohumluq əlaqələrinin olmamasıdır. XX əsrin əvvəllərindən
başlayaraq 40-cı illərə qədər kəndlərdə sivilizasiyanın inkişafı
nəticəsində bu xalqlar arasında ögeylik münasibətləri zəifləmiş,
əhali yerli Azərbaycan türkləri ilə bir yerdə yeni yaşayış binaları
tikərək öz məskunlaşma areallarını xeyli genişləndirmişdir. Bu
bölgələrdən fərqli olaraq Aspindza, Adıgün, Axalsix, Barmaqsız (Zəlyə)
bölgələrində əhalinin tarixən məskunlaşması və inkişafı çox acı-nacaqlı
olmuşdur. Belə ki, XVIII əsrdən başlamış XX əsrin əvvəllərinə kimi
bu türk və Ahıska türk tayfaları dəfələrlə əsarət altına düşmüş,
gürcü və İran qoşunlarının zülmünə sinə gərərək öz milli təsərrüfat
sistemini qoruyub saxlamış, özlərinə məxsus olan həyətyanı
təsərrüfatı ilə məşğul olub, türksayağı yaşamışlar. Lakin bu həyat
tərzi heç də uzun sürməmişdir. Borçalıda olduğu kimi, bu rekionlarda
da islahatlar xalqı öz doğma dədə-baba yurdlarından sürgünə gətirib
çıxarmışdır.
Bir sıra tarixi və etnoqrafik mənbələrin verdiyi
məlumatlara görə, Borçalıdan (Gürcüstan ərazisində) kənarda
məskunlaşmış Azərbaycan türklərinin bu zonaya axını hələ eramızın
əvvəllərində əsasən Qarabağ zonasından, Kənçə-Qazax bölgəsindən,
İrandan və Şəki-Şirvan zonasından olmuşdur. Azərbaycan türkləri bu
bölgələrdə (Adıgün, As-pindza, Zəlyə) əsasən kartofçuluq, yemçilik,
bağçılıq və hey-vandarlıqla məşğul olmuşlar. Torpaq islahatı zamanı
dövlət tərəfindən onlara xüsusi sahələr verilmişdir. Bundan sonra
bölgələrdə güclü həyətyanı təsərrüfatlar inkişaf etməyə başlamışdı.
Bunun nəticəsidir ki, XX əsrdən başlayaraq əhali yeni ərazilərdə
yeni məntəqələr yaratmış, öz yaşayış mənzillərini daha da
yaxşılaşdırmışdır. Bu inkişaf XX əsrin 80-ci illərinə qədər davam
etmiş, son on ildə isə Azərbaycan türkləri adları çəkilən bölgə və
məntəqələrdən yerli hakim dairələr (svan, gürcü, qismən ermənilər)
tərəfindən son dərəcə incidilib sıxışdırılmış və hədə-qorxular
nəticəsində onların bir qismi doğma yerlərdən didərgin düşüb, ana
Azərbaycana pənah gətirmişlər. Yüz illərlə çala-çuxur, boz və şoran
torpaqlarda, bəzi bölgələrin isə qayalıq və daşlı-çınqıllı
sahələrində ağır zəhmətlə ev-eşik salıb, yüksək təsərrüfat sistemi
yaratmış fədakar Azərbaycan türkləri əsrin ən qəddar repressiyasının
qurbanına çevrilmiş, Şərq memarlıq üslubunda sa-lınmış fundamental
yaşayış binalarını və şəxsi həyət-bacalarını ölüm qorxusu qarşısında
qalaraq bir qrup qaniçən erməni və svan çəlladlarına qoyub,
canlarını götürüb qaçmışlar.
Bir sıra məntəqələrdə isə yüksək zövqlə tikilmiş
müasir tipli şəxsi binalar, yaraşıqlı küçələr, heykəl və abidələr
barbar qonşuların əliylə vəhşicəsinə dağıdılmış, el-obamız
xarabazara çevrilmişdir. Mənbə: ©
Məmməd Sarvan, Musa Nəbioğlu, 2003
|