
| adınız@borchali.net e-mail və msn |

Digər bölgələr |
 |


Bannerlərimiz
|
|
|
|
- V-XI siniflər üçün dərsliklərin təşkili
- Gürcüstandakı Azərbaycan məktəbləri üçün metodiki vəsaitlərin təşkili
- Kaspi, Kareli, Qori, Zalqa, Telavi, Laqodexi, Msxeta və Gürcüstanın
azərbaycanlılar yaşayan digər regionlarında gürcü dilində təhsil alan
məktəblilər üçün ana dilində fakültativ dərslərin, şənbə və bazar günü
məktəblərdə təşkili
- "Azərbaycan coğrafiyası", "Azərbaycan tarixi" dərslərinin məktəblərdə
fakültativ keçirilməsinə yardım etmək
- Borçalı mahalında olan kitabxanaları son illərdə nəşr olunmuş kitablarla
təmin etmək
- Borçalıda Xalq Teatrının yaradılması, ona maddi yardım göstərmək
- S.S.Orbeliyani adına Tbilisi Pedoqoji Universitetinə dərslik və metodiki
nəticələrə kömək göstərmək
- Borçalıda folklorun toplanmasına, nəşrinə, yayılmasına və xalq
ansambıllarının yaradılmasına köməklik
- Aşıqlar Birliyinin Gürcüstan filialının fəaliyyətinə kömək etmək
- Azərbaycanda nəşr olunan qəzet və jurnalların Borçalıda yayımını təşkil
etmək
- Borçalıda FM radiosunun,həmçinin ana dilində olan televiziya kanalının
açılışına yardım etmək
- Gürcüstanda Azərbaycanlıların mövcud olan təşkilatları ilə Azərbaycanda
olan QHT forumu ilə əlaqələrin qurulmasına nail olmaq
- Beynəlxalq təşkilatların sənədlərini tərcümə edib Borçalıda yaymaq
- Tbilisidə Azərbaycan Mədəniyyət Mərkəzinin əməli fəaliyyətinə yardım etmək
- M.F.Axundovun, C.Məmmədquluzadənin, N.Nərimanovun ev muzeylərinin
statusunun təsdiqinə nail olmaq
- Yaradılmaqda olan Gürcüstan Azərbaycanlılarının Konqresinin anoloji
qurumlarla əlaqələrini gücləndirmək
- Gürcüstanda Azərbaycan mədəniyyətinin təbliği
1) Teatr truppalarının regiona
qastrolunun təşkili 2) Azərbaycan mətbəxinin təşkili 3) Azərbaycan kino
həftəsinin keçirilməsi 4) Konsert briqadalarının Borçalıya səfərlərinin
təşkili
- Gürcüstanda yaşayan yazıçıların Bakıda almanaxının nəşrinəyardım etmək
- Gürcüstan Yazıçılar Birliyinin Azərbaycan bölməsinin fəaliyyətinə,
əsərlərinin çapına köməklik etmək
- Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli qəzetlərə yardım etmək,
qəzetlərin abunə və ya pərakəndə yolla Azərbaycanda yayılmasına nail olmaq
- Borçalıda fəaliyyət göstərən
"İeqova şahidləri", nurçuluq, vəhabilik,
xomeyniçilər dini cərəyanlarının fəaliyyətini zəiflətmək üçün dinşunas
alimlərin kəndlərdə muhazirələrinin təşkili
- Əhalinin məşğulluğunu artırmaq üçün xalqa sexlərin açilması,xarici, türk
iş adamlarının regional investisya yatırmasına nail olmaq.
- Gürcüstanda qeyri-dövlət universitetləri ilə Azərbaycandakı qeyri-dövlət
universitetləri arasında işgüzar əlaqələrin yaradılması
- Borçalıda Azərbaycan –Gürcüstan müəssələrinin yaradılmasına çalışmaq
- Borçalıda Azərbaycan-gürcü dostluğunu möhkəmlətmək üçün birgə bədii
gecələrin, tədbirlərin keçirilməsi
- Gürcü mətbuatında, radio və televiziya kanallarında Azərbaycan
həqiqətlərini təbliğ etmək
- Bolnisi rayonunda kənd adlarının hüquq normaları əsasında geri
qaytarılmasına nail olmaq
- Azərbaycan-gürcü xalqlarının dostliğunu möhkəmlətmək üçün xalq
diplomatiyasından səmərəli istifadə etmək
- Gürcüstanda yaşayan azərbaycanlıların hüquqi mariflənməsinə kömək
məqsədilə beynəlxalq sənədlərin çap olunmasına kömək etmək
- Torpaq islahatları zamanı baş verən ədalətsizliyin beynəlxalq hüquq
çərçivəsində həllini qaldırmaq
- Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilişi zamanı azərbaycanlıların işə
götürülməsi məsələsini sivil qaydada Gürcüstan ictimaiətinin nümayəndələri ilə
müzakirələrinin təşkilinə nail olmaq
- Azərbaycan-Gürcüstan sərhəd keçid məntəqələrindəki vəziyyətlə bağlı
seminar keçirilməsi, sərhəd-keçid məntəqələrindəki neqativ halların aradan
qaldırılması
- Sərhəd-keçid məntəqələrində qaçaqmalçılıq,narkotika daçınmasının
qarşısının alınması və bu istiqamətdə əhali arasında hüquqimaarifçilik işinin
genişləndirilməsi
- Əhali arasında internet texnalogiyalarına maraqı olanlara Marneulidə
ödənişli internet klub açmaq, gələn gəlirə yeni komputerlər almaq.
|
|