|
Qafqazda mehriban qonşu kimi yaşayan iki dost xalqın
münasibətlərinin tarixi onların böyük
ədəbiyyatı, mədəniyyəti və iqtisadi
əlaqələrinin tarixi qədər qədim və
zəngindir. Bir məsələni qeyd etmək yerinə düşərdi
ki, həmin əlaqələrin qaynaqları uzaq keçmişlərdən
məcralanır, sorağı əfsanə və
xatirələrdən, ozan-aşıq yaradıcılığından,
bayatı, el mahnıları və "Dədə-Qorqud"
dastanlarından gəlir.
Xalqlarımız bir-birinin söz
sənətinə həmişə maraq göstərmiş,
ədəbi-bədii təçrübələrdən qarşılıqlı
surətdə faydalanmışlar. Dahi Azərbaycan şairi
N.Gəncəvi ilə gürcü xalqının böyük
şairi Ş.Rustavelinin yaradıcılığında
səsləşən mövzular, oxşar ideyalar və poetik
cəhətlər xalqlarımızın
ədəbi-mədəni əlaqələrinin parlaq
ifadəsidir.
Bu xalqların qədimdən mövcud olan sarsılmaz
dostluğu, məzmunca bir olan ideya birliyi XIX əsrdə yaşayıb-yaradan
İ.Çavçavadzenin, A.Seretelinin, A.Çavçavadzenin,
Q.Orbelianinin, N.Barataşvilinin əsərlərində yeni vüsət
almış, ədəbiyyatlarımızın qarşılıqlı
zənginləşmə imkanlarını xeyli genişləndirmişlər.
Azərbaycan xalqının zəngin bədii
təfəkkür xəzinəsinin timsalı olan Nizami
Gəncəvinin yaradıcılığı
əsrlərdən bəri dünya xalqlarının
diqqətini cəlb etməkdədir. Nizami yaradıcılığının
beynəlmiləl səciyyəsi, onda əks olunan ümumbəşəri
hisslər, insanpərvərlik, zülmə və
ədalətsizliyə qarşı qüvvətli etiraz, yüksək
mənəvi keyfiyyətlərin tərənnümü şairin
əsərlərinə dünya şöhrəti qazandırmışdır.
Nizami hələ öz əsrində Gürcüstanda
şöhrət qazanmıtdır. XII əsr gürcü şairi
Çaxruxadze özünün "Tamariani"
qəsidələrində Nizaminin "Leyli və Məcnun"
poeması qəhrəmanlarının - Leyli ilə Məcnunun
adını çəkir. Gürcü xalqının böyük
sənətkarı Şota Rustaveli də öz ölməz
poemasında Tariyelin Nestanın fərağından çəkdiyi
iztirabları təsvir edərkən yenə Nizaminin "Leyli
və Məcnun" poemasına müraciət edir.
XII-XIII əsrlər gürcü ədəbi
və tarixi abidələrində Nizami qəhrəmanlarının
adının çəkilməsi hələ şairin öz dövründə
onun poemalarından ən çox məşhur olan "Leyli
və Məçnun"-un "Xosrov və Şirin"in gürcü
dilinə tərcümə olunduğunu güman etməyə
imkan verir.
Nizami və Rustavelidən bəhs edərkən
tədqiqatçıları bu iki böyük şairin yaradıcılığındakı
ümumi cəhətlər, xalqlarımızın
mənəvi yaxınlığından və dövrün mütərəqqi
ictimai ideyallarından, təravətli ədəbi-estetik
təsəvvürlərindən doğan, bunlarla hesablaşan
oxşar məqamlar kimi maraqlandırmalıdır.
Xalqlarımızın ənənəvi xüsusiyyətlərindən
olan vətənpərvərlik Nizami ilə Rustavelinin yaradıçılığında
öz geniş ifadəsini tapmışdır.
Bütün yaradıcılığı boyu zülm
və istibdada qarşı çıxan, insanları bəşəri
ruhda tərbiyə etməyə çalışan, onları
ümumi səadətin uğrunda mübarizəyə
səsləyən, insanlıq şərəfinin ülviyyəti
haqqında nəcib fikirlər təlqin edən Nizaminin müdrik,
hərarətli səsinə cavab olaraq, Rustaveli öz qüdrətli
səsini uçaltmış, ölməz poemasında azadlıq
və məhəbbət ideyalarını tərənnüm
etmişdir.
Bu qısa xülasə göstərir ki, Nizami
və Rustaveli yaradıcılığının qarşılıqlı
surətdə öyrənilməsi, onları bir-birinə bağlayan
cəhətlər ədəbi əlaqələrin tədqiqi
qarşısında qoyulan bugünkü tələblər,
metodoloji prinsiplər baxımından elmi izah müasir dövr
üçün nə qədər lazımlı və vacibdir.
Doğma xalqını, vətənini odlu ehtiraslarla sevən
Nizami də öz növbəsində Gürcüstanı tanımış,
Gürcü xalqına dərin hörmət bəsləmişdir.
İlk dəfə Gürcüstanın-Abxaziyanın adına
şairin "Xosrov və Şirin" poemasında təsadüf
edirik. Məhinbanu payız aylarını Abxaziyada keçirib,
ovla məşğul olurdu, "İskəndərnamə"
poemasında isə Nizami Tiflis və Gürcüstandan bəhs
edir. Buranı "Cənnət kimi gözəl diyar",
"zəngin, bər-bəzəkli, çiçəkli ölkə"
kimi tərifləyir. Bu iki xalqın mədəni-ədəbi
əlaqələrinin kökləri çox uzaq
əsrlərə gedir. Belə ki, Nizaminin
əsərlərindən aydın olur ki, Şirvan şahları
ilə Gürcüstan hökmdarları arasında qohumluq
əlaqələri olmuşdur.
XV-XVII əsrlər gürcü ədəbiyyatında
ikinci intibah dövrü kimi qiymətləndirilir və ya Borçalı
ədəbi mühitinin ikinci dövrü başlanır, daha
dəqiq desək, XVII əsrin əvvəl-lərindən XX
əsrin 20-ci illərinədək olan dövrü əhatə
edir. Bu müddət ərzində Tiflis şəhəri Gürcüstanın
mərkəzi olmaqla yanaşı, həm də Borçalıda
və bütün Gürcüstanda yaşayan Azərbaycan türklərinin
ədəbi-ictimai və mədəniyyət mərkəzi kimi
formalaşmışdır. Milli dramaturgiyamızın banisi, görkəmli
mütəfəkkir Mirzə Fətəli Axundovun ölməz
əsərləri bu şəhərdə yaranmış,
Azərbaycan-türk teatrının əsası burada qoyulmuş,
Azərbaycan dilində ilk tamaşa -M.F.Axundovun "Hekayəti-Molla-İbrahimxəlil-kimyagər"
əsəri 1872-ci ildə Tiflisdə Novruz bayramı münasibətilə
müsəlman teatr həvəskarları tərəfindən
səhnəyə qoyulmuşdur.
Lirik şerləri dillər əzbəri olan,
yeni dövr Azərbaycan tarixşünaslıq elminin banisi
Abbasqulu ağa Bakıxanov və şərqaləri ilə
ürəkləri oxşayan, adı nəğmələrə
düşərək Avropanı gəzib-dolaşan Mirzə
Şəfi Valeh uzun müddət Tiflisdə yaşayıb-yaratmışlar.
Buradan aydın olur ki, Azərbaycan xalqının
belə öndər simaları bütün Gürcüstanda, o
cümlədən Borçalıda Azərbaycan türklərinin
vahid ədəbi mühit çərçivəsində lnkişafına
çox böyük təsir göstərmişdir.
İlk Azərbaycan qəzeti "Əkinçi"
bağlandıqdan sonra Azərbaycan ədəbiyyatımız
təbliğində müstəsna rol oynayan "Ziya"
(1879-1880), "Ziyaye-Qafqaziyyə" (1880-1884), "Kəşkül"
(1883-1891) və s. kimi qəzetlər, XX əsrin
əvvəllərində görkəmli jurnalist M.Şahtaxtlının
rəhbərliyi ilə nəşr olunan "Şərqi-Rus"
(1903-1905) qəzeti, böyük demokrat
C.Məmmədquluzadənin "Molla Nəsrəddin"
(1906-1918) satirik jurnalı da Tiflisdə nəşr olunmuş,
Nəriman Nərimanov, Abdulla Şaiq, Ömər Faiq
Nemanzadə kimi yazıçılarımız bu diyarda dünyaya
göz açmışlar. İ. Qutqaşınlı,
H.Zərdabi, H.Cavid, F.Köçərli, M.Ə.Sabir,
M.S.Ordubadi, Ə.Nəzmi, Ə. Qəmküsar,
S.M.Qənizadə, K.Minasazov, habelə Qori seminariyası və
Tiflis Aleksandr Müəllimlər İnstitutunda təhsil almış
Azərbaycan ədəbiyyatı, maarifi və ictimai fikrinin bir
çox tanınmış nümayəndələri Tiflis
ədəbi-ictimai mühiti ilə sıx bağlı olub, Borçalı
ədəbi mühitinin inkişaf etməsinə güclü
təkan vermişdir. Ədəbi əlaqələrin
nəzəriyyəçilərindən olan akademik N.İ.
Konrad "Bir yazıçının yaradıcılığında
başqa bir xalqa mənsub digər yazıçının
əsərinin mövzu və motivlərinin yenidən canlandırılmasını"
yayılmış ədəbi əlaqə formalarından biri
kimi göstərir. Bu baxımdan gürcü ədəbiyyatının
ikinci intibah dövründə yaranmış əsərlər
diqqətəlayiq olub, Azərbaycan-gürcü ədəbi
əlaqələrinin yeni bariz təzahürü kimi
qiymətləndirilmişdir.
Təəssüf ki, bəzi Gürcü
ideoloqları sarsılmaz tarixi bünövrə üzərində
qurulmuş Azərbaycan-gürcü ədəbi və
mədəni əlaqələrini son 70 ildə nisbətən
zənginləşdirib dərinləşdirmək
əvəzinə, daha da zəiflətmiş və bu günlərin
milli münaqişəsinin kəskin xarakterinə gətirib
çıxarmışlar (1989-1992).
Qədim tarixi kökü olan bu iki xalqın
dostluğu və qonşuluq münasibətlərinin xarakteri heç
də bununla bitmir. Belə münasibətlər çətinliklərə
sinə gərən və ağır sınaqlardan çıxan
Azərbaycan və gürcü yazıçı və
ədiblərinin, dövlət və işgüzar
dairələrin fundamental əsərlərində geniş yer
tutur. M.F.Axundov, M.Cavaxaşvili, C.Məmmədquluzadə, Ş.Araçvispireli,
S.Vurğun, K.Mehdi, Q.Abaşidze, K.Kaladze, K.Leonidze və başqaları
dostluq, qardaşlıq və qonşuluğun qüdrətini
ilhamla tərənnüm etmiş, xalqlarımızı
birliyə, qardaşlığa və sədaqətə çağırmışlar.
Vətənin vurğunu olan, ana torpaq
həsrəti ilə yaşayıb-yaradan mötəbər elm
xadimləri, müxtəlif işgüzar dairələrin şəxsiyyətli
adamlarının yaratdıqları aktual həyat
əsərləri digər xalqlara çatdırılmış,
bu da həmin xalqların mənəvi aləminin
zənginləşməsinə səbəb olmuşdur. Maarif,
mədəniyyət və incəsənət baxımından
yeni gürcü ədəbi-bədii mühitinin əsasını
qoyan, onu ictimai ideyalarla zənginləşdirməyə çalışan
İlya Çavçavadzenin yaradıcılığı
Azərbaycan xalqının ədəbi-bədii və
siyasi-iqtisadi əlaqələ-ri tarixində parlaq
səhifələrdən birini təşkil edir. Bu körkəmli
yazıçı, ictimai-siyasi xadim dəfələrlə Borçalıya
getmiş, Azərbaycan türklərinin xarakterinə, həyat
tərzinə, mədəni-məişətinə,
mənəviyyatına və milli münasibət hisslərinin
zənginliyinə yaxından bələd olmuş, siyasi və
mədəni birliyinin əsasını qoymuşdur.
Böyük xadim xalqımız haqqında bu sözləri
yazmışdır: "Bütün şərqlilər kimi,
Azərbaycan türkləri də açıq qəlbli, sakit
təbiətli, təmkinli və sözün əsil mənasında
təvazökardırlar. Azərbaycan türkləri hərkah
birinə inanıb ona bel bağlamışsa, o kəsə
xəyanət etməz, onu satmaz. O, elmi təcrübəsi,
mərdliyi ilə seçilən insanlara (millətindən asılı
olmayaraq) hörmətlə yanaşır.
İ.Çavçavadze Azərbaycan xalqına,
onun adət-ənənələrinə, şərəfli keçmişinə
böyük ehtiram göstərmiş, gürcülər arasında
savad yayan cəmiyyətin sədri kimi Borçalı qəzasında
savadsızlığı ləğv etmək üçün
müfti M.H.Qayıbova və Şeyxülislam Ə.
Axuvdzadəyə müraciət edərək, onları xalqın
qayğısına qalmağa, yerlərdə
məktəblər açmağa çağırmış,
Tiflisdə yaşayan azərbaycanlı ziyalıları M.Şahtaxtlı,
M.Cəlil, E.Sultanov, Eminağa Acalov, Məmmədağa
Vəkilov, İbrahimağa və Həsənağa Terequlov
qardaşları, müfti M.H.Qayıbov, Ə.Axundzadə, F.Köçərli,
S.M.Qənizadə, Ömər Faiq və b. ilə tez-tez görüşmüş,
dəyərli məsləhətlər vermişdir.
Görkəmli gürcü şairi və
diplomatı Akaki Seretelinin araşdırılan mətbuat
orqanlarının səhifələrində verilmiş
əsərlərindəki milli hisslər və duyğular
nəzəri cəlb edir. Milli azadlıq ideyası A. Seretelinin
bütün şüurlu fəaliyyətinin və dünyagörüşünün
əsasını təşkil etsə də, o, heç bir
millətçilik xəstəliyinə tutulmamış,
əksinə, Zaqafqaziya xalqları arasında dostluğun, qardaşlığın
ən fəal təbliğatçısı olmuşdur. O,
milli münasibətlər haqqında yazırdı: "Xalqın
inkişafı milli zəminə əsaslanmışdır.
Milləti sevmək lazımdır, lakin, əlbəttə,
millətçi olmaq lazım deyildir. Bizim vətənə
bəslədiyimiz məhəbbət başqa xalqlara olan rəğbətimizi,
başqa xalqlara dostluq və qardaşlıq duyqularımızı
heç vaxt zəiflətməmişdir.
Qeyd etmək lazımdır ki, iki yüz əlli
altı il bundan əvvəl Nadir şah tərəfindən Borçalı
Qazax mahalı ilə birlikdə Gəncə
bəylərbəyliyindən alınıb Kartli-Kaxeti çarının
tabeliyinə verildiyinə baxmayaraq, Azərbaycan
tərəfdən bu mahalda hər iki xalq arasında geniş
qarşılıqlı milli münasibətlər davam
etməkdədir. Buna canlı sübut Borçalıda doğulub
boya-başa çatan M.Cavaxişvilini misal göstərmək
olar. Təəssüflə qeyd edilməlidir ki, xalqımızın
yaxın dostu olan Mixail Cavaxişvilinin indiyə qədər
milli münasibət, dostluq əlaqələri, maarif,
mədəniyyət haqqında müddəaları
Azərbaycan mütəxəssisləri və elm adamları
tərəfindən hərtərəfli tədqiq olunub xalqa
çatdırılmayıb. Halbuki onun
əsərlərində və işgüzar
dairələrdə söylədiyi fikirlər hər iki xalq
arasında milli əlaqələrin genişləndirilməsi
istiqamətində olub, bu gün üçün milli
əlaqələr, dostluq baxımından əsil təməl
daşı sayıla bilər.
Hər bir dövrün uzaqgörən, xalqının
gələcəyini düşünən nümayəndələri
olduğu kimi, Oktyabr çevrilişindən qabaq Gürcüstan
türklərinin də xalqın pis gününə ağlayıb,
yaxşı gününə sevinən ziyalıları az olmamışdır.
Gürcüstan elindən çox böyük istedadlı ziyalılar,
məşhur elm, maarif, mədəniyyət,
incəsənət və dövlət xadimləri çıxmışdır.
Onlardan Hafiz əfəndi, onun qızı ilk qadın yazıçı
və tanınmış müəllimə Şəfiqə
xanım Əfəndizadə, oğlu məşhur cərrah,
professor Fuad Əfəndiyev, Adil Əfəvdiyev, maarif xadimi
Əhmədbəy Pepinov və Azərbaycan milli
mədəniyyətinin, mətbuatının, maarifinin və
ictimai fikrinin inkişafına mühüm təsir göstərən,
yazıçı-publisist Ömər Faiq Nemanzadə, Əliyar
Qarabağlı, Kamal Talıbzadə, ədib və ictimai xadim
Əlimərdan bəy Topçubaşov, Nəriman Nərimanov,
Həsən Seyidov, Abdulla Şaiq, Mustafa Mərdanov, Əli
Qurbanov, Mövsüm Sənani, Zahid Xəlilov, Pənah
Xəlilov, Həsən Həsənov, Aydın Məmmədov,
Camal Mustafayev, Yaşar Nazıyev, Hamlet İsayev, Həmdulla
Mehrabov, Səlahəddin Xəlilov, Əlişir Musayev,
Fərman Ceyranov, Zahid Qaralov, Şamil Qurbanov, Loğman
Məmmədov və başqalarını göstərmək
olar.
Ömər Faiq 1872-ci ildə Ahıska (Axalsıx)
qəzasının Azqur kəndində anadan olmuş, İstanbulda
təhsil aldıqdan sonra Azərbaycanın Nuxa, Şamaxı,
Gəncə və s. şəhərlərində müəllimlik
etmişdir.
1903-cü ildə Tiflisə qayıdan Ömər
Faiq XX əsrin ilk Azərbaycan qəzeti olan "Şərqi-Rus"da
çalışır. O, "Molla Nəsrəddin" jurnalının
məsul katibi, ikinci redaktoru idi. "Molla Nəsrəddin"in
qadın azadlığı uğrunda, köləliyə, dini
fanatizmə qarşı mübarizəsində də o, ön
cəbhədə gedirdi. Yalançı hürriyyətpərəstlərə
qarşı yazdığı məqaləsində göstərirdi:
"Əgər hürr yaşamaq istəyiriksə, dəliqanlı
ca-vanlarımızı qurban verməliyik. Qurban verdikdən
sonra isə onları ağlamaqla, uzun yas saxlamaqla özümüzü
taqətdən salmamalıyıq. Dübarə qurban
verməməliyik, təki, hürriyyət xalqın qanı
ilə qazandığı halal malı olsun. Əgər oturub gözləsək
və başımızı boş danışıqlarla qarışdırsaq,
dilimizdə hürriyyət sözü bitsə də, onun
bəhrəsi olmayacaqdır". O başqa bir
məqaləsində isə belə yazırdı: "Bəsdir,
bəsdir, ey azərbaycanlı! Bir az ayıl... Əl-ayağını
bir az tərpət! Vücudunu, varlıq ağacını soran,
korlayan tikanları, sarmaşıqları, yad ağacların
yarpaqlarını, budaqlarını qır at, qurtul. Vücuduna
günəş, hava dəysin! Başını bir az yuxarı
qaldır, öz varlığının, öz vücudunun
qiymətini bil! İndiyə qədər yadlar üçün,
özgə varlıqlar, özgə vücudlar üçün
özünü həlak etmisən. Barı bundan sonra da olsa, ayıl
özünə gəl, öz gününə çalış!"
Ömər Faiqin bir sıra
məqalələrindən aydın olur ki, Gürcüstanda
səs salmış "Gürcü işi" adlı
əməliyyatın başlanması ilə əlaqədar o,
dərhal öz ictimai-siyasi fəaliyyətini dayandırmış,
həmin vaxtdan Gəncəyə köçüb
fəaliyyətə başlamış, qəzet və
curnallarda tez-tez məqalələrlə çıxış
etmiş. Ömər Faiqin ən fəal işlərindən
biri 1917-1920-ci illərdə Ahıska (Axalsix) bölgəsindəki
fəaliyyəti olmuşdur. "Cənubi-qərbi Qafqaz hökuməti"
yıxıldıqdan sonra o, Gürcüstan menşevik hökumətindən
Ahıska və Ahılkələk əyalətlərinə
muxtariyyət tələb etməyə başladı. Lakin bu
arzusu həyata keçmədi. Əvəzində menşeviklər
tərəfindən üç dəfə həbs olunub Metex
qalasına salındı, lakin xalqın tələbi ilə
yenidən azadlığa buraxıldı.
Əsrimizin 20-30-cu illərindən isə Borçalı
ədəbi mühitinin III dövrü canlanmağa başlayır.
Gürcüstan Demokratik Respublikası (1918-1921) dövründəki
"Gələcək" (1918), "Gənclər yurdu"
(1918), "Qələbə", "Al bayraq" (1918), "Vətən"
(1920) və başqa mətbuat orqanları öz
fəaliyyətini dayandırdıqdan sonra ziyalılar keçmiş
Müsəlman Seyminə məxsus olan mətbəə avadanlıqları
əsasında Tiflisdə Azərbaycan türkcəsi ilə
yeni mətbuat orqanları yaradılması üçün
fəal mübarizəyə başladılar. Mart ayında
"Kommunist" (1921) qəzeti yaradıldı. Lakin onun
cəmi 19 sayı çıxdı. 1922-ci ilin
əvvəllərində nəşrə başlayan "Yeni
fikir" 1927-ci ildə "Yeni kənd"lə (1927-1938)
əvəz oluvdu. Həmin illərdə Tiflisdə "İşıqlı
yol" (1924) qəzeti, "Dan ulduzu" (1926-1931), "Şərq
kolxozçusu" (1931), "Qızıl şəfəq"
(1926-1930), "Yeni qüvvət" (1930-1939), "Gənc
nəsil" (1939-1941) jurnalları də işıq üzü
görmüşdü.
1939-cu ildən etibarən "Yeni kənd"
qəzeti "Sovet Gürcüstanı" adı altında
çıxmağa başlamışdır. Həmin qəzet
müəyyən fasilələrlə indiyədək, hazırda
"Gürcüstan" adı ilə fəaliyyətini davam
etdirir.
XX əsrin 20-ci illərində yenidən çiçəklənməyə
başlayan Tiflie Azərbaycan ədəbi mühiti ətraf
rayonlara da öz təsirini göstərmişdir. Belə ki,
elə həmin illərdə Batumidə "İştirak"
(1921), "Yeni həyat" (1922-1924), Sarvanda (Marneuli) "Pambıqçı"
(1930, sonralar adı dəyişərək "Stalin yolu"
və "Kommunizm uğrunda" olmuşdur), 1965-ci ildən
isə "Yeni Marneuli" (indi "Kvemo Kartli" adı
ilə Azərbaycan və gürcü dillərində çıxır),
Başkeçiddə (Dmanisi) "Sosializm maldarlığı"
(1933, qəzet son vaxtlar "Trialeti" adı ilə
Azərbaycan və gürcü dillərində çıxırdı;
çox təəssüf ki, 1991-ci ildə gürcü
millətçiləri tərəfindən qəzetin
Azərbaycan şöbəsi bağlandı), Lyüksemburqda (Bolnisi)
"Al bayraq" (1935, son vaxtlar "Qələbə bayrağı"
adı ilə çıxırdı; 1990-cı ildə
qəzet "Bolnisi" adlandırılmış və bir neçə
ay sonra Azərbaycan şöbəsi bağlanmışdır),
Qarayazıda (Qardabani) "Stalinçi" (1931, qəzet hazırda
"Samqori" adı ilə Azərbaycan və gürcü
dillərində çıxır), Adıgündə "Qızıl
rəncbər" (1933), sonra isə "Adıgün kolxozçusu"
(1936), Axalsıxda "Kommunist" (1930), sonra isə "Qızıl
bayraq" (1938), Aspindzada "Bağban" (1933), sonra isə
"Sosializm kəndi" (1940) və s. qəzetlər nəşr
olunmuşdur. Bu qəzetlər öz səhifələrində
Azərbaycan ədəbiyyatına xüsusi yer vermiş,
ədəbi-mədəni mühitimizin Borçalı qolunun
inkişafında böyük rol oynamışdır.
Milli özgünlükləri, xalq
ədəbiyyatı və aşıq sənəti ilə tanınan
Borçalı ədəbi mühiti qədim və
zəngindir. Ulu qarapapaq türklərinin yurdu olan bu torpaqda
Dədə Qorqudun, Koroğlunun izləri var. Bu yurd neçə-neçə
nağıl və dastanlara, şer və mahnılara qida verib.
Borçalı ilə bağlı bir çox əfsanə, nağıl,
dastan, hekayətlər və başqa canrlarda örnəklər
bugün də yaşayır. Bir çox Borçalı ziyalıları,
əfəndiləri Türkiyə, İran, Orta Asiya və Yaxın
Şərqdə də tanınıblar. Hətta N.Tusinin
rəsədxanasında çalışan astronomlardan biri -
Məhəmməd Borçalı olub.
Borçalıda məktəb və maarif,
mədəniyyət və mətbuat işinin canlanmasından
sonra burada milli qeyrətli ziyalıların sayı daha da artır,
ictimai-siyasi və ədəbi-mədəni mü-hitdə
fəal iştirak edirlər. Tiflis Qafqazda inzibati mərkəz
kimi tanınandan sonra, burada M.Şəfi, A.Bakıxanov,
M.F.Axundov, Axund Mustafa Talıbzadə və onlarca azərbaycanlı
ziyalı toplaşmışdı. Yüzilliyin
əvvəllərində isə Ünsizadə qardaşları,
Mirzə Cəlil, M.Şahtaxtlı, H.Cavid, Ə.Haqverdiyev
və başqaları Tiflislə bağlı olmuşlar. Burada
Ö.Faiq, N.Nərimanov, A.Şaiq, Minasazov qardaşları
və başqa yerli ziyalılar da yetişir, Borçalının
ədəbi-mədəni inkişafına çalışırdılar.
Azərbaycan və Gürcüstan müstəqillik
qazandıqdan sonra Borçalıda da yeni canlanma başladı,
məktəb və maarif işi yenidən quruldu. "Yeni fikir",
"Qızıl şəfəq", "Dan ulduzu" kimi
mətbuat orqanları yaradıldı, yeni mədəniyyət
və təhsil oçaqları açıldı. Rza Şahvələd,
Əliyar Qarabağlı, Əhəd Hüseynov, Əli Saleh,
Seyfulla Əliyev, Abbas Kirəcli və başqa Borçalı
ziyalıları bu mühitdən çıxmışdılar.
Burada arabir S.Vurğun, R.Rza, M.Rahim kimi şairlərin də
səsi eşidilirdi. O zaman Gürcüstan Yazıçılar
İttifaqında yaranan Azərbaycan bölməsində
20-dən çox kənc Borçalı ədibləri toplaşmışdı.
Azərbaycan Dövlət Dram Teatrı var idi, konsert
birlikləri yaranmışdı. 1956-cı ildən "Şərqan
şəfəqi", 1960-cı ildən "Sovet Gürçüstanı"
qəzetləri çıxırdı. Ə.Saraclı, Ə.Səngərli,
D.Kərəm, Ə.Binnətoğlu və başqaları
belə bir ədəbi mühitdən çıxmışdılar.
Ə.Saraclı öz şer və tərcümələri
ilə daha çox tanınırdı. M.Muradov, M.H.Bəxtiyar,
V.Əliyev kimi qocaman jurnalist, tərcüməçi və
yazıçılar da burada mətbuat orqanlarında çalışırdı.
Borçalıda şair Ağacan, Şair
Nəbi, Alxas ağa Güllər, Aşıq Sadıq
ənənələri də inkişaf edirdi. Aşıq Hüseyn
Saraclı, Aşıq Əmrah, Aşıq Kamandar, Aşıq
Alxan, Aşıq Ziyəddin və Nurəddin kimi el
sənətkarları yeri gəldikcə özləri də söz
qoşurdular. Əsli Borçalıdan olan Aşıq Şenlik
də bu mühitlə bağlı idi. Bu gün Borçalıda
Aşıq Məhəmməd, Aşıq Əhməd Sadaxlılar,
Faxralı Aşıq Nurəddin, Dəryeyinur, Qulamhüseyn Borçalı,
Namaz Hümmətoğlu, Mayqa Mətin kimi onlarca aşıq
və el şairləri sayılıb seçilirdilər.
Seyfəddin, Tofiq Qurbanov, Həmzəli İlyasov, Emin Mahmudov,
Səməd Qaraçöp, B.Mehdi, V.Hacılar, S.Buta, Arif
Mustafazadə, Osman Osmanlı, A.Korarxılı, A.Təhləli,
R.Hüseynov, Ş.Məmməd, İbrahimxəlil və başqaları
şair kimi tanınırdılar. P.Talıblı,
P.Babakərli, Xıdır Nəbi, 3.Qurbanov, R.Hümmətov
və başqaları da gələcəkli şairlərdir.
S.Süleymanlı, Ə.İsmayıllı isə jurnalist kimi
çalışırlar. Ə. İsmayıllı özü
də ara-sıra əsər yazır. "Dan ulduzu"
ədəbi dərnəyinin əsərlərinin çapına
çalışır.
Bu gün Borçalıda zəngin
ənənə ilə yanaşı, ümidverici
kənclər də çoxdur, onlara qayğı və sayğı
lazımdır.
Bu illərdə Əhməd Cavad, Nemət
Bəsir, Cəmil Mursaqulov, Neman Məmmədli və b. Borçalı
obalarında on bir ədəbi mədəni
dərnək yaratmışdılar.
S.Vurğun, R.Rza, M.S.Ordubadi, M.Dilbazi,
N.Rəfibəyli, O.Sarıvəlli, S.Rüstəm, Ə.Nazim,
M.Hüseyn, K.Arif, M.Axundov kimi (texnikumda ədəbiyyat müəllimi)
sənətkarların vaxtaşırı Tiflisdə, Borçalıda
olmaları, ədəbiyyat dərnəklərində,
mətbuat orqanlarında çıxışları
ədəbi mühiti rövnəqləndirir və ruhlandırırdı.
Əsrimizin 40-cı illərində ikinci dünya
müharibəsinin təsiri Borçalıya da gəlib çatmış,
elm və mədəniyyətə ağır
zərbələr, böyük yaralar vurmuşdur. Borçalı
ziyalı alimləri və yazıçılarının bir
qismi Stalin repressiyasına məruz qalmış, bir qismi
cəbhədə həlak olmuş, sağ qalanları isə gürcü
millətçiləri tərəfindən sıxışdırılmış,
yuxarıda adlarını qeyd etdiyimiz qəzet və jurnallar,
Tiflis Azərbaycan Türk Dövlət Dram Teatrı,
Azərbaycandilli pedaqoji məktəblər, texnikumlar bağlanmış,
beləliklə də Tiflisdə və Borçalıda
Azərbaycan ədəbi-ictimai mühiti
zəifləməyə başlamışdı.
İlk yazılarını Gürcüstanın
yerli və mərkəzi mətbuat orqanlarında çap
etdirmiş körkəmli ədəbiyyatşünas-alim,
tərcüməçi Əziz Şərifin səsi bir
qədər sonra Moskvadan gəlmiş, tanınmış yazıçı,
alim, şair və tənqidçilərdən Rza Şahvələd,
Adil Babayev, Əliyar Qarabağlı, Əhəd Hüseynov,
Kərəm Kərəmov, Seyfulla Əliyev, Əli Saleh və
başqaları Bakıda yazıb-yaratmağa başlamışlar.
Daha sonra onların xələfləri Borçalı
sənət çeşməsindən su içmiş Abdulla
Şaiq, akademik Zahid Xəlilov, akademik Kamal Talıbzadə,
Pənah Xəlilov, Camal Mustafayev, İsaxan Ömərov, Abdulla
Mehrabov, Fuad Əfəndiyev, Zahid Qaralov, Abbas Hacıyev, Hamlet
İsayev, Vaqif Sadıxov, Səlahəddin Xəlilov, Fərman
Heyranov, Əlişir Musayev, Loğman Məmmədov, Sabir Əliyev,
tanınmış nasir Tahir Hüseynov, sevimli şairlərimiz
İsa İsmayılzadə, Vilayət Rüstəmzadə,
Eyvaz Borçalı, Abbas Abdulla, Zəlimxan Yaqub, Eldar Hacıyev,
fədakar jurnalistlər Süleyman Süleymanov, Həmid
Vəliyev, Cəfərli Teymuraz, Cəfərli Elman, İgidov
Telman (Ramiz), Şahbaz Başkeçid, Şərif Kərimli
Şəfa xanım İmirli, İsmayıl Ömərov
və b. həm Borçalıda, həm də (müəyyən
səbəblər nəticəsində) Bakıda yaşayıb-yaratmağa
məcbur olmuşlar. 1956-1958-ci illərdə həftədə
5 dəfə çıxan "Şərqan şəfəqi"
qəzetinin səhifələrində ara-sıra Azərbaycan
ziyalılarının yazılarına yer verilsə də bu, Gürcüstanda
yaşayan yarım milyondan artıq azərbaycanlını
təmin etmirdi və edə də bilməzdi.
... Böyük zəhmət
nəticəsində, nəhayət, 1960-cı ilin avqust ayının
2-dən "Sovet Gürcüstanı" qəzeti Murtuz
Muradovun redaktorluğu ilə yenidən fəaliyyətə başlayır.
Qəzet Tiflisdə çıxsa da, bütün regionlarda yaşayan
azərbaycanlıların ədəbi-mədəni mühitini
Borçalı üstündə götürmüş, yeni
ədəbi mühitin dirçəlişinə təkan vermiş
və "Azərbaycan ədəbi mühitinin bütün
məsuliyyətini öz üzərinə götürmüşdür".
Borçalıda yaşayıb-yaradan şair
və nasirlərin yaradıcılıqlarından nümunələr
Bakıda nəşr olunan müxtəlif toplu, məcmuə
və almanaxlarda da özünə yer tapa bilmişdir.
1979-cu ildə Bakının "Yazıçı"
nəşriyyatı tərəfindən işıq üzü
görmüş "Çinar pöhrələri" almanaxında
(red. B.Vahabzadə və İ.Şıxlı) Qasım
Abbasəlinin "Respubli-kam", "Bahar nəğməsi"
və yenə həmin nəşriyyat tərəfindən
1981-ci ildə buraxılmış eyni adlı ikinci almanaxda (red:
İsa Hüseynov, Səhrab Tahir) Əlixan Abbasovun "Xəzan
yarpaqları", Yunis Novruzovun "On addım", "Bir
ulduzamsa", Nizami Sarahlının "Kövşən
yerləri", "Gənçliyim atların belində getdi..."
şerləri oxucu kütləsinin ixtiyarına verilmişdir.
Beləliklə, qeyd etmək yerinə düşər
ki, çağdaş ədəbi-mədəni mühitimizin
Borçalı qolunu təşkil edən və onun istər mövzu,
istərsə də ideya və sənətkarlıq baxımından
zənginləşməsi yolunda fəaliyyət göstərən,
Borçalı ədəbi-mədəni məktəbinin yaşaması
üçün daim mübarizə aparan söz
sənətkarlarımızın yaradıcılığına
nəzər saldıqda məlum olur ki, onların hər birinin
öz səsi, öz sənətkarlığı və öz
üslubu vardır. Onların əsərlərinin mövzu
əlvanlığı da, janr müxtəlifliyi də,
təfsir və təsvir tərzi də, üslub közəlliyi
də güclüdür. Bu səbəblərdən də uzun
illərdir ki, Borçalı ədəbi mühiti öz varlığı
ilə yaşamaqda, əlaqələrini genişləndirməkdə
davam edir.
Gürcüstanda sovetlərin
qələbəsindən sonra gərgin bir vəziyyət yarandı.
İctimai inkişafın mürəkkəb
proseslərindən doğan ziddiyyətlərdən yaxa
qurtarmaq Nəriman Nərimanova müyəssər olmadığı
kimi, Ömər Faiqə də qismət olmadı. Leninin
rəhbərliyi altında yeni bolşevik hökuməti "Millətlərin
öz müqəddəratını təyin etmək hüququ"
haqqında bəyannamə qəbul etmişdi. Bağlanmış
Moskva və Qars mü-qavilələri isə Ömər Faiqi
çox arxayın saldı. Müqavilələrə görə
Ahıska və Ahılkələk əyalətlərinə
muxtariyyət veriləcəyinə o, qəti inanırdı.
Azərbaycan Sovet Sosialist Res-publikası yarandıqdan sonra onların,
həmçinin Dağıstanda yaşayan Azərbaycan türklərinin
muxtariyyəti Azərbaycan SSR-nin dövlət statusu ilə
məhdudlaşdırılır. Ancaq Azərbaycan SSR-in Dağlıq
Qarabağ vilayətində yaşayan ermənilər
mərkəzdəki erməni lobbisinin yardımı ilə Dağlıq
Qarabağ Vilayəti təşkil edirlər. Bu, həmçinin
sovet imperiyasının gələcəkdə aparacaq "ayır-buyur"
siyasətinin mə-nafeyinə uyğun idi... Rus imperializminin döşlərindən
süd əmən erməni daşnakları müasir dövrdə
"analarının" etimadını doğrultdular. Qarabağda
tökülən qanlar rus-sovet imperializminin uzaqgörən
siyasətinin nəticəsidir. Bu vaxtlar Azərbaycandan Türkiyəyə
iki geniş qol uzanırdı. Biri-Naxçıvanın
Sədərək kəndindən, ikincisi isə Qazax-Ağetafa
bölgəsindən başlayıb, Borçalı mahalından
keçib, Ahıska vilayətində tamamlanan qol idi. Bu iki qolu
kəsib atmaq ermənilərin və rus imperiyasının başlıca
məqsədi idi. Nəhayət, mərkəzi hökumətin
himayədarlığı ilə 1923-cü ildə
Zəngəzur mahalı Azərbaycandan alınıb
Ermənistana verildi. Bununla da sovet imperiyasındakı türk
xalqlarından Türkiyəyə uzanan qollardan biri
dirsəkdən kəsildi. O biri qol isə...
Gürcüstanın Ahıska türklərinə
gəldikdə isə onlar dil, din, milli adət və
ən'ənə, təsərrüfat fəaliyyəti,
həyat tərzi və s. görə eynilik təşkil
etdiklərindən Azərbaycanda olduğu kimi, Ahıskada da
şəxsi sənədlərdə (pasport) milliyyəti "türk"
yazılırdı. 1920-ci illərdən başlamış bu
yerlərdə ibtidai, sonralar isə orta məktəblər
fəaliyyət göstərməyə başladı. 1930-cu
illərdən sonra isə pedaqoji məktəblər (Doloşda,
Adıgündə) fəaliyyətə başladı. 1927-ci
ilə qədər ərəb əlifbasından istifadə
edilirdi, məktəblərdə dərslər türk və gürcü
dillərində keçilirdi. Bu vaxtlar tədris müəs-sisələrində
yerli kadrlar çatışmadığından, Borçalıdan
Bəşir Əliyev, Rüstəm ağa Şərifov,
Azərbaycandan Arif Sadıqov və bir sıra maarifçilər
fəaliyyət göstərirdilər.
Borçalının və Tiflisin Azərbaycan
teatrı şöbələrindən bu bölgələrdə
tez-tez tamaşalar verilirdi. Rayon mərkəzlərində
də teatrlar açılmışdı. Qars-Ahıska
dialektində "Qızıl rəncbər" (1933), "Adıgün
kolxozçusu" (1936) Ahıskada əvvəlcə "Kommunist"
(1930), sonra "Qızıl bayraq" (1938), Aspindada
əvvəlcə "Bağban" (1933), sonra "Sosializm
kəndi" (1940) qəzetləri buraxılırdı.
Beləliklə, istər Borçalıda və istərsə
də Adıgün-Aspinda-Ahıska bölgələrində türklərin
mədəni-sosial səviyyəsinin və siyasi maarifçi
baxışlarının zənginləşməsini və
inkişafını görən gürcü ideoloqları tez
əl-ayağa düşüb, türk
məktəblərində gürcü dili və
ədəbiyyatının geniş şəkildə təbliğinə
başladılar. Bəzən gürcülər müxtəlif
fırıldaqlara əl atıb, Ahıska türklərinin
ziyalı təbəqələrindən olan Lomikil-Lomidze,
Langil-Lonidze, Zelakil - Zeladze kimi şəxsləri gürcüləşdirdilər.
Əlbəttə, ahıskalılara göstərilən bu
təqib və təzyiqlər nəticəsiz qalmadı. Onlar bütün
Gürcüstana pərən-pərən düşdülər,
dağılmağa başladılar. Bir qismi Zəlyə, Borçalıya
(Marneuliyə), Tiflis və qismən Azərbaycana pənah
gətirdi. 1937-ci il repressiyası vaxtında isə onlar kütləvi
şəkildə (1941-1943) Qazaxıstan, Orta Asiya respublikalarına
və qismən Sibirə sürgün olundular.
Ahıska türklərinin ən qabaqcıl ziyalı
təbəqəsi və dahi maarifçi olan Ömər Faiq bu
dözülməz, acınacaqlı hadisələrə dözə
bilməyib ağır xəstələnir. 1927-ci ildə
xəstəliyi ilə əlaqədar o, təqaüdə
çıxır, qəzet və jurnallarda tez-tez ictimai-siyasi
məzmunlu məqalələr nəşr etdirir. Onun bu
fəaliyyətini qəbul etməyən bir sıra mənfur
canilər onu ləkələyib, satqın, dövlət
çevrilişi ilə əlaqədar olan bir siyasi xadim kimi
qələmə verirlər. Ömər Faiq rayon prokuroru Odabaşiyanın
göstərişi ilə milis rəisi Vaso İnasaridze
tərəfindən həbs edilir.
Cəsarətli fikirlərinə görə
Ömər Faiq uzun müddət təqib olunmuş,
dəfələrlə tutulub həbs edilmişdir. Lakin heç
bir vaxt öz əqidəsindən dönməmişdir.
Gürcüstanın bolşevik işğalından
sonra o, yeni yaradılmış Hərbi İnqilab Şurasına
üzv seçilir. Hərbi İnqilab Şurasının on
üzvündən biri olan Ömər Faiq müsəlman böl-məsinə
rəhbərlik edir, dəfələrlə Borçalı-Qarayazı
sakinlərinin süfrələrində duz-çörək
kəsir, yeri gəldikcə Azərbaycan türklərini öz
haqqlarını anlamaqda başa salır.
Gürcüstanda yaşayan türklərə
qarşı hökumət dairələri tərəfindən
planlı şəkildə yürüdülən siyasət
nəticəsində Borçalı mahalında yaşayan türklərin
də vəziyyəti pis və acınacaqlı idi. Ömər
Faiq qeyd edir ki, bütün Borçalı qəzası
bir-birinə zidd iki cəbhəyə bölünmüşdür.
Bir tərəfdə azlıq təşkil edən erməni
və almanların, gürcü və aysorların, yunan və
molokanların müxtəlif təbəqədən olan nümayəndələrindən
ibarət başçılar durur, digər tərəfdə
isə əhalinin əksəriyyətini (70%) təşkil
edən və həmin başçılar tərəfindən
idarə olunan çoxminli müsəlmanlar.
Tarixi sənədlər göstərir ki, son 250
ildə əhalinin sayı baxımından Borçalıda
üstünlük həmişə Azərbaycan türklərində
olub. Müəllifin məlumatına görə, Borçalı
üzrə cəmi 3,2 min nəfər gürcü yaşayırdı.
Bütün bu faktlara baxmayaraq, həmişə əhalinin böyük
əksəriyyətini təşkil edən Borçalı türkləri
mədəni-maarif baxımından son dərəcə
qeyri-normal səviyyədə olmuşlar. Qəzada və onun bölgələrində
bütün rəhbər vəzifələr dininə və
dilinə görə müsəlmanlara tamam yad olan, düşmən
münasibəti bəsləyən erməni və erməni
əhvallı gürcülərin əlində olmuşdur.
Zaqafqaziyanın bütövlükdə Rusiya
tərkibinə daxil edilməsi bu əlaqələrin xalqlar
arasında iqtisadi, mədəni, ədəbi və pedaqoji
əlaqələrin inkişafı baxımından əsas rüşeym
olub.
1879-cu ildə Zaqafqaziyada (Qori şəhəri)
müəllimlər seminariyasında gürcü erməni
şöbələri ilə yanaşı, türk (Azərbaycan)
şöbəsi də açılır. Ə.Paşayev qeyd
edir ki, 1890-cı ildə çar hökumətinin maarif orqanları
Zaqafqaziya müəllimlər seminariyasında gürcü,
erməni, Azərbaycan ibtidai məktəblərində ana
dilinin tədrisini plandan çıxarmaq üçün
tədbirlər gərməyə başlayarkən, görkəmli
gürcü tədqiqatçısı Y.S.Qoqebaşvili özünün
çoxsaylı məqalələrində xalq məktəbinin
Qafqaz uşaqları üçün işıq mənbəyi
olduğunu təsdiq edib, uşaqların ibtidai təhsili öz
ana dillərində almalarını zəruri hesab etmiş
və yazmışdır: "Qafqaz dilləri rus
mədəniyyətini və rus dilini yaymaq işində ancaq
xeyir verə bilər, ana dili və onun qrammatikası bu vacib
vəzifəni həll etmək üçün ən
əlverişli vasitədir".
Keçən əsrin ortalarından XX əsrin
30-cu illərinə kimi Qafqazın demək olar ki, bütün
əsas ticarət, mədəniyyət, incəsənət,
maarif və s. mərkəzləri əsasən Tiflis şəhərində
cəmləşmiş və bu şəhərdən idarə
olunurdu. Bir sözlə, hər üç qonşu dövlətin
görkəmli qabaqcıl ziyalıları bu şəhərlə
sıx əlaqə yaradırdılar. Bu baxımdan Qafqazda
maarifin inkişafında bu şəhərin rolu çox böyük
olmuşdur. Ziyalılarımızdan biri olan Məhəmməd
ağa Şahtaxtinski XX əsrin lap əvvəllərində
öz doğma Şahtaxtı (Naxçıvan) kəndindən
Tiflisə köçmüş, Çitaxov karvansarasında türk
mətbəəsi açdırmışdır. Bu,
Azərbaycanın milli mətbuat tarixində əsrimizin ilk
qəzeti kimi məşhur olan "Şərqi-Rue"
qəzeti olmuşdur. Elə həmin ildən qəzetin inkişafında
C.Məmmədquluzadə, Ömər Faiq, Ü.Hacıbəyov,
R.İsmayılov və başqalarının əməyi
hədsiz olmuşdur. Bu qəzetin fəaliyyəti Gürcüstanda
(Batzi) "Yeni Həyat", "İştirak"
qəzetləri, "Dan ulduzu", "Qızıl şəfəq"
kimi jurnalların çıxmasına təkan verdi.
1930-cu illərdə Gürcüstan Yazıçılar
İttifaqı nəzdində Azərbaycan bölməsi yaradılır.
Bölmənin 20-dən çox üzvü olur. Respublikada müxtədif
kitab və materaallar nəşr olunur. Bu illərdə
Tiflisdə şair və yazıçıların yaradıcılığını
yığcam şəkildə əks etdirən "Qığılcım"
ədəbi almanaxı buraxılır. A.Talıblının
redaktorluğu ilə çıxan bu ədəbi almanaxın
vasitəsilə Tiflis ədəbi mühiti tez bir zamanda geniş
vüsət alaraq nəinki Gürcüstanda və Qafqazda,
eləcə də onun hüdudlarından çox-çox
uzaqlarda belə məşhurlaşır.
"Azərbaycan dilində ilk operetta" adlı
məşalədə "Saxalxo" qəzeti (1911, 301) yazırdı
ki, qonşu Azərbaycan xalqının mədəniyyət
yolunda atdığı bir addımı da sevinclə qeyd
etməliyik. Həmin günlərdə Tiflisdə "O olmasın
bu olsun" adlı ilk Azərbaycan operettası tamaşaya
qoyulmuşdu. 1916-cı ildə isə Ü.Hacıbəyovun
"Arşın mal alan" operettası gürcü dilinə
tərcümə olunmuş və aprelin 11-də tamaşaya
qoyulmuşdur. Oynanıldığı ilk gündən operetta
böyük muvəffəqiyyət qazanıb bir ayda 20
dəfə (11.04.-27.05.1916)-dən artıq göstərilmişdir.
Dövrünün böyük ictimai xadimi, yazıçı-publisist
İ.İmedaşvilinin redaktorluğu altında çıxan
"Teatri da sxovreba" ("Teatr və həyat") jurnalında
(1916, 35) "Arşın mal alan" və onun müəllifi
haqqında böyük məqalə dərç edilmişdir.
İki dost-qardaş və qonşu xalqın
ədəbi-mədəni əlaqələr baxımından
bəzi əsərlərin səhnəyə qoyulması və
onlara verilən qiymət haqqında nümunələri qısaca
olaraq sadaladıq. Məlumat üçün qeyd etməliyik ki,
adlarını çəkdiyimiz pyeslərdən başqa Ə.Haqverdiyevin
"Ağa Məhəmməd Şah Qacar", H.Cavidin "Şeyx
Sənan" pyesləri də Tiflisdə oynanılmış
və haqqında mətbuatda qiymətli yazılar dərc edilmişdir.
Gürcü mətbuatında Azərbaycan
mədəniyyəti, teatrı və ədəbiyyatına dair
material və məqalələr dərc edildiyi kimi,
Azərbaycan mətbuatı səhifələrində də
ziyalılarımızın qabaqcıl nümayəndələrinin,
ictimai xadim və yazıçılarımızın dost gürcü
xalqının ədəbi-mədəni həyatı və
nailiyyətləri haqqında materiallara rast gəlirik. Ədəbiyyatşünas
Abdulla Tofiq Surun gürcü ədəbiyyatına aid bir sıra
tədqiqatları bu cəhətdən diqqətəlayiqdir.
Onun 1905-ci ildə "həyat" qəzetində (72, 73, 77)
dərc etdirdiyi "Qafqaziyada qonşularımızdan gürcülərin
maarif və ədəbiyyatına bir nəzər" adlı
məqaləsi çox məşhurdur. Məqalədə dahi
gürcü şairi Şota Rustaveli və İlya Çavçavadzenin
gürcü ədəbiyyatında tutduqları mövqe düzgün
müəyyənləşdirilmişdir. Sonradan bu
barədə S.Vurğun, S.Rüstəm, N.Kəsənzadə
və başqaları çıxış edib, gözəl
ənənəni daha da zənginləşdirmişlər.
A.T.Sur Azərbaycan oxucularını gürcü
ədəbiyyatının nümunələri ilə tanış
etməyin əhəmiyyətindən danışaraq yazır:
"Biz xalqımızı gürcülərin ədəbiyyatı
ilə aşina et-məkdən başqa, münasib
əsərlərini də türkcəmizə tərcümə
etməliyik". A.T.Sur yeri gəldikdə Azərbaycan yazıçıları
ilə gürcü söz ustalarının yaradıcılığındakı
yaxınlıqdan, əlaqədən də danışmışdır.
Gürcü ədəbiyyatında ilk dram əsəri yazan
Q.Eristavini M.F.Axundovla yanaşı tutmuş, onu "gürcülərin
Mirzə Fətəli Axundovu" adlandırmışdır.
Gürcü və Azərbaycan xalqlarının
dostluğuna, ədəbi əlaqələrinə aid
məqalələr içərisində məşhur
ədəbiyyatşünasımız F.Köçərlinin
yazıları mühüm əhəmiyyət kəsb edir. F.Köçərli
1906-çı ildə "İrşad" qəzetində
dərc etdirdiyi "Qarabağda Cavanşir aləminin əhval
və övzasına dair" məqaləsində gürcü
xalqını dərin ehtiram və məhəbbətlə
səciyyələndirir: "Nə qədər ki, Gürcüstanın
ab-havası xoşdur, bir o qədər də gürcülərin
özü gözəl tayfadır. Qəribnəvaz, sadədil,
eyş-işrət sevən, açıqüzlü, şirin
sözlü, halal, kin və küdurətsiz, nəcib bir
millətdir".
XX əsr gürcü yazıçılarının
Azərbaycan xalqına münasibəti də maraqlıdır.
Onlar Azərbaycan xalqının Həyatı ilə maraqlanmış,
öz əsərlərində buna ayrıca yer vermişlər.
Ş.Araqvispireli, Ə.Cavaxişvili kimi yazıçılar
Azərbaycan və gürcü xalqlarının dostluğuna
bir sıra əsərlər həsr etmişlər.
Yeri gəlmişkən deyək ki, azad sevgi mövzusu
o zaman Zaqafqaziya xalqlarının qabaqcıl nümayəndələrini
çox düşündürürdü. Təsadüfi deyil
ki, şifahi ədəbiyyatımızda da bu sahədə
diqqətəlayiq ənənələrimiz var. Xalq arasında
şöhrət qazanmış "Əsli və Kərəm",
"Aşıq Məmməd və gürcü qızı"
kimi folklor nümunələrini xatırlamaq olar.
XX əsr Azərbaycan-gürcü ədəbi
əlaqələri tarixində görkəmli yazıçı,
əslən Borçalıdan olan Mixail Cavaxişvilinin də
yaradıcılığı şərəfli yer tutur. "Günahsız
Abdulla", "Ləmbəli və Qoşa" kimi duzlu
hekayələrlə yanaşı, "Marabdali Arsen" kimi böyük
ictimai-tarixi mündəricəli roman da onun
qələmindən çıxmışdır. Qeyd
etməliyik ki, M.Cavaxişvili ilə birlikdə Borçalıdan
bir sıra maarifpərvər və ictimai xadim çiyin-çiyinə
yazıb-yaratmış və o dövr üçün hər
iki xalqın dostluğu, qohumluğu və bir yerdə olması
baxımından böyük səy göstərmişlər.
M.Cavaxişvilinin böyüklüyü, səmimiliyi onun yaratmış
olduğu Məşədi Həsən, Abdulla, Dəli
Həsən surətlərində daha qabarıq hiss olunur. Yazıçı
Borçalı və digər bölgələrdə kök
salmış Azərbaycan türklərinin yaşayış,
adət-ənənələrindən, toy-yas
mərasimlərindən bəhs etmişdir. O, Azərbaycan xalqının
(Borçalı timsalında) gözəl sifətlərini
özündə təcəssüm
Mənbə: © Məmməd Sarvan, Musa Nəbioğlu, 2003
|