|
Borçalı qəzasının əhalisi 109
min nəfərə yaxın olub, 284 yaşayış
məntəqəsində və ya 54 cəmiyyətdə (sovetlik)
məskunlaşmışdır. Orta hesabla hər
cəmiyyətə 5,3 kənd yaşayış
məntəqəsi və ya 2020 nəfər əhali düşür.
Hər bir kənd məntəqəsində orta hesabla 385
nəfər əhali yaşayır.
1870-ci ilin məlumatına görə, Sarvan,
Privolni, Şaxnazar məntəqələri yeganə
cəmiyyətlərdir ki, tərkibində başqa
kəndlər yoxdur. Elə cəmiyyətlər də vardır
ki, tərkibində 21-22 məntəqəni birləşdirir.
Kəmərli, Hamamlı və s. buna misal göstərmək
olar.
Mövcud olan bu kəndlərin əhalinin sayı
baxımından ən irisi Böyük Şüləver (Şaumyan),
Sarvan, Yekaterinenfeld və Voronsovkadır (Kalino). Ən kiçik
kəndlərin əhalisinin sayı 20 nəfərdən yuxarı
qalxmır. Bu kəndlər ardıcıl olaraq aşağıdakılardır:
Mahmudlu, Ciris, Kipircik, Xoçorni, erməni Darbaz və s.
Cəmi 109 min əhalinin 60 min nəfəri kişi,
49 min nəfəri isə qadındır. Qəzanın 50 min
nəfərdən çox əmək qabiliyyətli
əhalisinin 12,8 faizi və ya 6,4 min nəfəri təsərrüfatın
müxtəlif sahələrində çalışırdılar.
Aşağıda tərtib etdiyimiz cədvəldən müəyyən
etmək olur ki, qəzada olan 49 min qadının hər bir
nəfərinə orta hesabla 1,2 nəfər kişi düşür.
Əlbəttə, bu rəqəm qadınların say balansının
aşağı olmasını göstərir. Lakin məlumat
üçün qeyd edilməlidir ki, məskunlaşan kişilərin
milliyyətindən asılı olaraq (milli mənsubiyyət baxımından)
bu nisbət bütün qəzada heç də mənfi olmamışdır.
Misal üçün, ruslarda bu rəqəm təxminən
hər bir kişiyə 1 nəfər qadın, qalan xalqlarda
isə ardıcıl surətdə qadınların sayı
mənfi olmuşdur. Yəni almanlarda 0,9 nəfər,
ermənilərdə 0,8, Azərbaycan türklərində 0,7,
gürcülərdə isə 0,9 olmuşdur.
Mahalın əhalisindən danışarkən
onu da qeyd etməliyik ki, iki yüz əlli il bundan əvvəl
burada 10-a yaxın xalqın nümayəndələri yaşayırdı.
Bu ərazinin ən qədim aborigen xalqı türklər
və ya türkdilli tayfalar olmuşdur. Eramızın XVII-XVIII
əsrlərindən başlayaraq XX əsrin 20-30-cu
illərinə qədər erməni, yunan, gürcü tayfaları
müxtəlif yollarla fəaliyyət köstərən
erməni cəmiyyətləri, dövlət və kilsə
adamları tərəfindən bu məmləkətdə
qəsdən yerləşdirilmişdir.
Ümumiyyətlə, Borçalı qəzasında
yaşayan əhalinin əksəriyyəti çoxuşaqlı
ailəni sevir. Lakin qəzada əhaliyə göstərilən
tibbi xidmətin lazımi səviyyədə olmaması, düzən
və aran bölgələrində içməli su ehtiyatlarının
qıtlığı və keyfiyyətsiz olması, ailə başçılarının
(kişilərin) köçəri həyat tərzi sürmələri
və işlə əlaqədar ilin 4-5 ayını uzaq
yerlər-də keçirmələri əhalinin müntəzəm
artmasına (təbii hərəkət) mənfi təsir göstərmişdir.
Borçalıda təbii artım əsasən
Azərbaycan türklərinə və ruslara aiddir. Lakin
Azərbaycan türklərinin məskunlaşdığı
kəndlərdə əhalinin sağlamlığına və
uzunömürlülüyünə mənfi təsir edən
qeyri-normal təbii-coğrafi mühit, iqlimin həddən artıq
isti keçməsi, məişət şəraitinin aşağı
olması, kiçik yaşlı uşaqlar və yaşlı
nəsil (kişilər) arasında malyariya (qızdırma), ağ
çiyər və s. xəstəliklərin yayılmasına
təkan vermiş, nəticədə insan tələfatının
artmasına gətirib çıxarmışdır. Erməni,
gürcü, yunan və s. xalqlar isə bir qayda olaraq mahalın
səfalı dağlıq və dağətəyi çəmənli
zonalarında, meşə və çay kənarlarında yaşadıqları
üçün onlarda ölüm əmsalı xeyli aşağı,
mexaniki hərəkət isə, qeyd etdiyimiz kimi, yuxarı olmuşdur.
Ona görə də XVIII əsrin axırları və XXI
əsrin birinci yarısında Azərbaycan türkləri sayca
çox, yaşayış məntəqələrinin böyüklüyü
isə daha iri olmuşdur.
Kəndlərin milli tərkibinə
gəldikdə isə hər dörd nümayəndəlikdə
istər kənd məntəqələrinin sayı,
istərsə də orada yaşayan əhalinin milli
tərkibinə və onların sayına görə göstəricilər
də olduqca müxtəlifdir. Belə ki,
- Borçalı nümayəndəliyində -58 kənd,
- Loru nümayəndəliyində -65 kənd,
- Trialet (Zəlyə) nümayəndəliyində -120
kənd,
- Yekaterinenfeld nümayəndəliyində isə 41 kənd
yerləşmişdir.
Əhalinin milli tərkibinə gəldikdə
isə, Azərbaycan türklərinin yaşadıqları
kəndlərin sayı-34, erməni kəndləri-69, yunan
kəndləri-36, rus kəndləri-14, gürcü
kəndləri-18, alman kəndləri-2 və qaraçı
kəndləri-2 olmuşdur. Bir kənd isə kürdlərə
məxsusdur. Bu baxımdan qəzanın azsaylı xalqları
haqqında qısa məlumat vermək, əlbəttə,
yerinə düşərdi. Ruslar bu qəzaya Rusiyanın
mərkəzi qaratorpaq, Orenburq, Pavlodar, Həştərxan,
Stavropol vilayətindən və Krasnodarın bir sıra
məntəqələrindən planlı şəkildə köçürülüb
gətirilmişdir. Ruslar bir qayda olaraq yerli knyazlar, menşevik
ünsürlü qolçomaq-mülkədarlar
tərəfindən mahala dəvət olunmuş, Rusiyanın
torpaq-iqlim şəraitinə uyğun ərazilərdə
məskunlaşdırılmışdır. Buna misal olaraq
Voronsovka, Novo-Mixaylovka, Ormeşən, Başkeçid,
Qarakilsə və s. məntəqələri göstərə
bilərik. Adətən, ruslar (molokanlar, duxabor, sektant)
məskunlaşdıqları gündən iri
məntəqələrdə yaşamağı üstün
tutmuşlar (hər kənddə 70-220 ailə). Misal
üçün, Voronsovka kəndində 280 ailə məskunlaşmışdı.
Adları çəkilən bu rus kəndlərindən başqa
1889-cu ildən təməl daşı qoyulmuş Novaya
Boqdanovka (Yeni Boqdanovka) kəndini də qeyd etmək olar.
Rusların yaşadıqları kəndlərin
küçələri planlı xarakter daşıyıb, düz,
geniş və uzun küçələr olub. Onlar hər iki
tərəfi aynabəndli otaqlarda, divarları səliqə
ilə rənglənmiş, həyət-bacası geniş olan
binalarda yaşamağı üstün tutmuşlar. Evlərinin
damları kirəmitlə, çox hallarda isə saman və
torpaq qarışığı ilə örtülmüşdür.
Otaqların içərisi əhənglə rənglənir,
bəzilərində isə rəngli kağız çəkilirmiş.
Ruslar adətən çox zəhmətkeş olub,
təsərrüfatlarında özlərinin tələbatlarına
uyğun tərəvəz-bostan bitkiləri və meyvə-gül
becərərdilər. Onlar özləri ilə doğma
ellərindən Borçalıya kələm şitili, kartof
toxumu gətirmiş, arı və donuz saxlamağa adət etmişdilər.
Maraqlıdır ki, ruslar özləri ilə Privolni
vilayətindən kələm, Kamenskidən kartof,
Nikolayevskidən isə gilənar (albalı) tingi və toxumu
gətirmişlər. Ruslar əkib-becərdikləri bu
məhsulları birbaşa Tiflis bazarlarına aparardılar.
Rusların bir qolu, qövmü olan molokanlar tarlada işləmək
qabiliyyətinə, kənd təsərrüfatı
bitkilərini becərməyi bacarmaq və nisbətən savadlı
olmaq baxımından digər rus qollarından
fərqlənirdilər. Bununla yanaşı, ən əsas peşələri
ikitəkərli araba düzəldib işlətmək və
satmaq idi. Ümumiyyətlə, onlar Borçalı mahalında
özlərini təmiz, əməksevər, işlək, heç
bir xainlik və paxıllıq etməyən bir xalq kimi tanıtmışdılar.
Almanlar
Borçalı qəzasına gürcü
knyazları tərəfindən Almaniyadan dəvət olunmuşlar.
Məqsəd ərazidə yüksək mədəni
təsərrüfat yaradıb inkişaf etdirmək, yeni
təsərrüfat sahələri qurmaq, nəqliyyat yolları
salmaq və onları təmir etmək, şərabçılığı
və arıçılığı genişləndirmək
idi. Almaniyadan gələnlər birbaşa qəzanın iki
məntəqəsində (Yekateri-nenfeld və Aleksandrsqilf)
yerləşdirilirdi.
O zaman ümumi sayı 1690 nəfər olan
almanların 896 nəfəri kişi, 794 nəfəri isə
qadın idi. Onlar 345 ailədə birləşmişdilər.
hər 100 nəfər kişiyə 88 qadın düşürdü.
Bu almanlar 1817-çi ildə Virtemberqdən (Almaniya) Odessaya
gəldilər. Oradan isə hər ailəyə araba-at almaq
üçün 500 rub. məbləğində pul verildi.
Bunlar həmin il hazırlıqlı şəkil-də adları
çəkilən məntəqələrə gəlib, yerli
əhali ilə ünsiyyətdə olub torpaqdan əlverişli
istifadə etməyə başladılar. İran-Gürcüstan
müharibəsi qurtardıqdan sonra knyazlar hər ailə başçısına
əlavə olaraq 172 rub. pul (ssuda) verdilər. Almanların
birinci kaloniyası 1818-ci ildə Yekaterinenfelddə, ikincisi
isə 38 il sonra, yəni 1857-ci ildə Alek-sandrsqilfdə
yerləşdirildi. Almanlar yerli torpaq-iqlim şəraitinə
əvvəllər bir neçə il uyğunlaşa
bilmədilər. Yerli hakim dairələrindən general-mayor
Kolubyagin 1865-ci ildə onlar üçün İsveçrədən
gətirilmiş pendir zavodu avadanlığını təşkil
etmiş və onları bu sənətə cəlb etmişdir.
Almanların istehsal etdikləri pendir sonralar onlara
həqiqətən dünya şöhrəti qazandırmışdır.
Beləliklə, dövlət tərəfindən bu xalqa xüsusi
qayğı və tərəfkeşlik olunmağa başlandı.
Onlar dövlət vergilərindən azad edirdilər, müxtəlif
hüquqi imtiyazlar qazandılar. Almanlar 1898-ci ilə
qədər (80 il) Borçalıda çox qiymətli və
xeyirxah işlər görmüş, yerli sakinlər bu işlərdən
əvvəllər çox az faydalanmış, sonradan geniş
istifadə etməyə başlamışlar. (Əsasən
şərabçılıq, donuzçuluq və araba-fayton
istehsalı baxımından). Lakin onlarla bir
ərəfədə köçkün sifəti ilə Borçalıya
gəlmiş ermənilər daha gör-götürlü olmuş,
bic və tədbirli hərəkət etmişdilər. Maraqlıdır
ki, Yekateri-nenfelddə yaşayan almanlar başlıca olaraq
üzümçülük-şərabçılıq
və əkinçilik, Aleksandrsqilfdə yaşayanlar isə
tamam başqa istiqamətdə- heyvandarlıq üzrə
ixtisaslaşmışlar. Yerli camaatın söylədiyinə
görə, almanlar çox mədəni, təmiz iş görən,
zəhmətkeş, az oxumağı sevən, heç bir
mətbuatla maraqlanmayan, sakit bir tayfa kimi Azərbaycan türkləri,
qismən də gürcülərlə qaynayıb-qarışır,
mədəni həyat tərzi sürürdülər. Alman
ailələri çox səliqəli, təmizkar,
ikimərtəbəli, hər iki tərəfdə eyvanı
olan binalarda yaşayırdılar.
Ermənilər
Mexaniki hərəkət (digər ölkələrdən
qaçan və planlı köçürmələr
nəticəsində gələnlər) hesabına saylarını
durmadan artıran ermənilər XIX əsrin
əvvəllərindən Borçalı mahalında yurd-yuva
saldıqdan sonra həndəsi silsilə ilə artmış
və tarix boyu pərakəndə həyat tərzi sürməyi
üstün tutmuşlar. Lakin yerli Azərbaycan türklərinə
tutulan divandan sonra onlar iri məntəqələrdə yığcam
yaşamağa üstünlük vermişlər.
Həmin illərdə erməni yaşayış
məntəqələrinin sayı Azərbaycan türklərinin
məskunlaşdığı məntəqələrin sayından
3 dəfə az idi.
Gürcülər.
Gürcülər bu mahala koloniyalar axışan
vaxtlarda digər bölgələrdən köçüb
gəlmiş, yerli ərazilərə isinişərək
burada da qalmışlar. XIX əsrin axırlarında
ərazidə cəmi 329 gürcü ailəsi, o cümlədən
1086 kişi, 980 qadın yaşamışdır ki, bunların
da ümumi sayı cəmi 2066 nəfər ol-muşdur. Hər
ailəyə 3,3 nəfər kişi, 2,9 qadın və ya 6,2
nəfər, hər 100 kişiyə 90 nəfər qadın düşərdi.
Gürcülər ermənilərə
nisbətən həddən artıq zəhmətkeşdirlər.
Onlar əsasən əkinçilik, bağçılıq
və üzümçülüklə məşğul
olurdular. Qəzada şərabçılığın inkişafı
bu xalqın adı ilə bağlıdır. Gürcülər
tarix boyu torpaq azlığından şikayətçi olublar.
Buna görə də onlar kasıb yaşamışlar.
Ermənilərdən fərqli olaraq, gürcülər öz
məntəqələrindən kənara iş dalınca qaçmağı
özlərinə layiq və rəva bilməyiblər. Gürcü
və ermənilərin bu məmləkətə gəlmə (ikinci
vətənləri) olduqlarını son 250-300 illik
təsərrüfat, maarif, mədəniyyət və xalqın
ərazidə tarixi məskunlaşması
məsələləri bir daha sübuta yetirir. Gürcülər
arasında savadlılar çox cüzi faiz təşkil edirdi.
Əhalinin təsərrüfat fəaliyyəti və onların
dünyagörüşü (qonşu xalqlara inam) baxımından
sadəlövh olmaları bu məsələdən onları
arxa plana çəkmişdir. Əhalinin diqqət
mərkəzində əsasən üzümçülüyün
və bağçılığın inkişafı dururdu.
Bir də ki, ərazidə müvəqqəti həyat
tərzinin üstünlüyü idi. Gürcülər
zirzəmilərdə, qara damlarda yaşayırdılar.
Ümumiyyətlə, istər erməni və
istərsə də gürcü xalqlarının Borçalıda
tarixi məskunlaşması haqqında elmi və praktik araşdırmalar
aparılmışdır. Cəmi 250-300 illik qısa bir
tarixə malik olan əhali və onların sayca azlıq təşkil
etməsi dövlət rəhbərlərinin diqqət
mərkəzindən kənarda qalmışdır. Lakin mahalda
gürcülərin az olmasına baxmayaraq, onlar Azərbaycan türkləri
ilə bir yerdə firavan və dinc yaşamalarını üstün
tutmuşlar.
Yunanlar
Bölgənin demək olar ki, dağlıq
ərazilərində məskunlaşmışdılar. Onlar
buraya Türkiyənin Gümüşxana adlanan bölgəsindən
köçmüşdülər. 1829-1831-ci illərdə
Ərzurum ətraflarından köçüb gələn
yunanlar Zəlyə düzənliyində və Qomeret
kəndində məskunlaşmışlar. Digər
məntəqələrdən gələn yunanlar isə
qəzanın alçaq dağlıq və dağətəyi
sahələrinə meyl göstərmişlər. Din baxımından
erməni-Qriqoryan qrupuna daxil olmalarına baxmayaraq, Borçalıda
onlar türk dilinin Anadolu ləhcəsində danışırdılar.
Lakin orta və ali məktəblərdə əsasən rus
və qismən də gürcü dilində təhsil alırdılar.
Ərzurum və Qars vilayətlərindən gəlmiş
yunanlar çox çalışırdılar ki, geri, Qarsa qayıtsınlar.
Onların bu arzusu yalnız XX əsrin ortalarından həyata
keçməyə başladı. Əsasən Yunanıstana
qayıtdılar. Zaman keçdikcə ərazidəki yunanların
çoxu ermənilərin təsiri altına düşdü.
Hətta əksəriyyəti özlərini erməni kimi
qələmə ver-mişdilər.
Yunanların da əmək qabiliyyətli
əhalisi əsasən üç qrupa ayrılır, dördüncü
keçid mərhələsində olan qrup isə texniki
sənədlər sahibi və ya mikro-texnika ilə məşğul
olanlardır. Birinci qrupa Alaverdi və Axtala filiz
mədənlərinin açılmasında yaxından çalışan
və onların tex-nologiyası ilə ixtisaslaşanlar; ikinci
qrupa yol, ev anbar tikmək üzrə ixtisaslaşan
sənətkarlar, daş karxanalarında işləyənlər;
üçüncü qrupa əkinçilik (kartof,
kələm) və quşçuluq üzrə; dördüncü-keçid
qrupuna əsasən XX əsrin ortalarında radio-texnika və maşınqayırma
ixtisası üzrə çalışanlar daxildir. Yuxarıda
qeyd etdiyimiz kimi, yunanlar əsa-sən Trabzon
əyalətindən, Gümüşxana zavodundan və Türkiyənin
yunanlar yaşayan bir sıra məntəqələrindən köçüb
gəlmişlər. Yunanlar Borçalıya gələn gündən
dağ-mədən və filizçıxarma, əritmə, müxtəlif
məmulatlar istehsalı ilə ciddi məşğul olmuş
və bu sahədə böyük nailiyyətlər
əldə etmişlər. Onlar qazancdan özlərinə Borçalı
ağalarından və knyazlarından örüş, biçənək
sahələri almış, yardımçı heyvandarlıq
təsərrüfatı ilə də məşğul olmağa
başlamışlar.
Yunanlar olduqca zəhmətkeş və
əməksevərdirlər. Onlar mahalda nəinki özlərinin
əməksevərliyi ilə, hətta yaxşı ev-eşik
qurmaqda və təmizliyə böyük fikir verməklə
də yerli əhalinin rəğbətini qazanmışlar.
Yunanların əsas hissəsi dağlıq
Zəlyə nümayəndəliyi və Dmanis-Qomeret bölgəsində
məskunlaşmışdır. Burada yaşayan yunanlar özlərinin
səliqə-səhmanı, təmizliyi, işgüzarlığı
və ailədaxili münasibətləri baxımından Loru
və Borçalıdakı yunanlardan təmamilə
fərqlənirlər. Erməni və ruslara nisbətən
yunan qadınlarının asudə vaxtı çox az idi. Onlar
kənd təsərrüfatı işləri ilə yanaşı
evdə də gərgin işləyirlər. Lifdən, yundan
və kətandan uşaq və qadınlar üçün müxtəlif
paltar, geyim toxuyurlar. Bu xalq son vaxtlar ailədə savad almaq
məsələsinə də ciddi fikir verirlər.
Zəlyə bölgəsinin bir neçə yaşayış
məntəqəsinin nümayəndələri Tiflis şəhərində
pedaqoji təhsil aldıqdan sonra kənd
məktəblərində öz ana (yunan) dili fənnini
tədris edirlər. Yunanlar Türkiyədən Borçalıya
köçdükdən sonra əsasən Azərbaycan türkləri
məskunlaşan ərazilərin qonşuluğunda sığınacaq
tapmışlar. Onların bir qayda olaraq əsasən türklərlə
yaxınlıq edib, bir-birlərinin toy, yas və bayram şənliklərində
yaxından iştirak edib, özlərinin ailə qurmaq
məsələlərini də türklərə yaxınlaşdırmışlar.
Evdə və başqa yerlərdə də türklərlə
Anadolu ləhcəsində danışmış, yavaş-yavaş
onların adət-ənənələrini qəbul etmişlər.
Yunanları Azərbaycan türklərindən demək olar ki,
yalnız təhsil və din məsələsi ayırırdı.
Qaraçılar
Borçalı qəzasında ən azsaylı
millət nümayəndələri qaraçılardır. 11
ailə və ya 75 nəfər qaraçı buraya 1850-1860-cı
illərdə Türkiyənin Ərzurum vəlayətindən
gəlmiş və Zəlyə nümayəndəliyinin
Tamala-xaraba kəndində məskunlaşmışdır.
Əldə olunan məlumata görə, 75 nəfər qaraçının
30 nəfəri kişi, 45 nəfəri isə qadın
cinsinə mənsub idi. Hər 1 nəfər kişiyə 1,5
nəfər qadın düşürdü.
Qaraçılar tarixən köçəri
həyat tərzi sürmüşlər. Lakin Borçalı
qaraçıları ənənəvi olaraq atçılıqla,
əkinçilik və maldarlıqla yanaşı, həm
də öz dədə-baba sənətləri olan
nalbəndlik, xırda məişət avadanlıqları,
kənd təsərrüfatı (torpaqda işləmək
üçün) alətləri istehsalı ilə məşğul
olurdular. Buna görə də Borçalı qaraçıları
bir qayda olaraq oturaq həyat tərzi sürmələrini üstün
tutmuşlar. Tayfanın orta nəslə mənsub əmək
qabiliyyətli əhalisi qazanc üçün "erməni
qohumları" kimi 3-4 ay müddətinə Tiflis, Batum, Şüləver,
Sarvan, Yekaterinenfeld, Qarayazı, Arıxlı və hətta Başkeçid
bölgələrinə gedərdilər. Qaraçıların
bu sənət-lərindən başqa, onların ən ulu peşələri
sayılan "at oğurluğu" da diqqətdən yayınmır.
Müxtəlif mənbələrin verdiyi məlumatlara görə,
XIX əsrdə və eləcə də XX əsrin ortalarına
kimi qəzada kiminsə atı yoxa çıxarmışsa,
hamı bilirmiş ki, bu əməliyyatda hansı qaraçınınsa
əli var.
Qaraçıların özlərinə
məxsus elə adət-ənənələri vardır ki,
bunlar heç bir xalqa mənsub deyildir. Misal üçün,
qaraçılar ən qədimdən (Şimali Pakistanda, Ərəbistanın
şimal bölgələrində və Borçalıda)
ailə qurarkən qızlar bir qayda olaraq yalnız qaraçı
tayfasından olan oğlanlara ərə gedə bilərlər.
Qaraçı oğlanları isə başqa millətin nümayəndəsi
ilə təsadüfi hallarda evlənə bilərdi. Belə
hallar çox az baş verə bilərdi. Qaraçılar
ailə məsələsində qan qohumluğu
əlamətlərini hər şeydən üstün tuturdu.
Kürdlər
Mahalda vaxtilə yaşamış, sonradan müxtəlif
səbəblər nəticəsində bir qismi öz
məskənlərindən köçmüş və bir
qismi isə assimilyasiyaya uğramış-azsaylı xalqlardan
biri də kürdlərdir.
Mahalda kürdlərin yaşamaları və
onların haradan gəlmələri haqqında heç bir
məlumat yoxdur. Lakin bizim tədqiqatımız və müxtəlif
materialların araşdırılması bizə zəmin yaratdı
ki, kürdlər bu əraziyə təxminən 300-350 il buvdan
öncə İraqdan və Türkiyənin cənub-qərb bölkələrindən
gəlmişlər. 1870-1871-ci ilin məlumatına görə,
mahalda cəmi 25 ailə və ya 192 nəfər kürd yaşayırdı.
Kürdlər Borçalının Zəlyə bölgəsinin
qərb hissəsində, iqlim şəraitinin kəskin soyuq
və yağmurlu yerlərində məskunlaşmışlar.
Əhalinin bir hissəsi iqlim şəraitinə uyğunlaşmayıb,
1873-1875-ci illərdə könüllü olaraq Türkiyənin
Qars vilayətinə pənah aparmışdır. Qeyd
etməliyik ki, Borçalı mahalında onların daimi yaşadıqları
Sabitahçı adlı kənd var idi. Hazırda bu
kənddə kürdlərlə bərabər ermənilər,
yunanlar yaşayırlar.
Azərbaycan türkləri
Qəzanın ən qədim və yerli
sakinləri Azərbaycan türkləridir. Bu xalqın Borçalıda
yurd-yuva salıb məskunlaşmasının 3000 ildən
çox tarixi vardır. Bu, burada tədqiqatın tarix bölməsində
ətraflı verilib və yazılı mənbələr
əsasında təhlil olunub, araşdırılıb.
Azərbaycan türklərinin mahaldakı qədim yaşayış
yerləri Borçalı və Maşaveri çaylarının
yuxarı axarı, subasar sahələr, Loru, Pəmbək,
Zəlyə bölgəsinin dağlıq alp və subasar
çəmənlik əraziləri və Borçalı nümayəndəliyinin
Borçalı düzənliyi (3/2 hissəsi) sayılır. Bu
bölmədə Azərbaycan türklərinin məskunlaşması,
onların təsərrüfat fəaliyyəti və
əmək vərdişləri haqqında (XVIII-XIX
əsrdən) məlumat verməyi üstün tuturuq.
Məlumat üçün göstərməliyik ki, Borçalıda
qəza, mahal, sultanlıq və xanlıq olan dövrlər,
hətta ondan öncə, yəni XIII əsrin axırlarından
XVII əsrin ortalarına qədərki dövrlər, haqqında
olan heç bir yazılı mənbələrdə mahalın
əhalisi haqqında dolğun statistik rəqəm və
materiallara rast gəlinmir. Odur ki, XVII əsrin sonunda o dövr
üçün maraq doğuran sorğu nəticəsində müəyyən
edilmiş yuvarlaq rəqəm və oçerk materiallarından
bu əsərin yazılmasında və kitabda gedən
xəritə-sxemlərin tərtibatında ilkin mənbə
kimi istifadə etməyi əsas götürdük. Əhalinin
dəqiq siyahıyaalma prosesinə yalnız 1850-ci
illərdən başlanmışdır. Mahalda yaşayan
ermənilərin sayı ağlagəlməz
dərəcədə müxtəlif erməni və
ermənipərəst tədqiqatçılar
tərəfindən çox şi-şirdilmişdir.
1870-1871-ci illərin məlumatına görə, qəzada 33770
nəfər kişi və 19327 nəfər qadın var idi. Bu
əhali 4870 ailədən ibarət olub, hər bir
ailəyə 7 nəfərə yaxın adam düşürdü.
Hər 100 kişiyə 73 nəfər qadın, uzunömürlülük
isə 55-60 ilə bərabər idi.
Əhalinin məşğuliyyəti
əsasən maldarlıq və əkinçştik idi. Maldarlıq
Azərbaycan türklərinin yaşadığı bölgələrin
əlverişli təbii şəraiti və coğrafi mövqeyinə
uyğun olaraq inkişaf etdirilir. Yəni Başkeçid bölgəsində
iri buynuzlu mal-qara və qismən qoyunçuluq, aran və düzəngah
Borçalıda isə qoyunçuluq və südçülük
yönümlü maldarlıq inkişaf etmişdir. Ərazinin
iqlim şəraitinin 6-7 ay isti keçməsi ilə
əlaqədar olaraq arançılar apreldən sentyabr ayının
20-25-nə kimi yaylaqda, payız aylarından mart ayına kimi
isə aran qışlaqlarında olurdular. Kənd təsərrüfatının
əkinçilik sahəsində taxılçılıq,
bostançılıq, son zamanlar qismən bağçılıq
və pambıqçılıq, yemçilik inkişaf
etdirilirdi. Mahalda Azərbaycan türkləri yeganə xalqdır
ki, (əgər qışlaq, yaylaq mövsümü ilə
əlaqədar yerdəyişməni nəzərə almasaq)
oturaq həyat tərzi sürür. Yəni ermənilər,
yunanlar, qaraçılar kimi əlavə yüngül qazanc dalısınca
digər bölgələrə ketmirlər. Qadınlar
adətən heyvandarlıqda süd, yağ, pendir istehsalı,
həyətyanı təsərrüfatda xırda-para işlərin
icrasında, evdə isə uşaqlara baxmaq, məişət işləri
ilə məşğul olurdular. 1670-ci ilin məlumatına
əsasən, qəzada yaşayan Azərbaycan türklərinin
əkinə yararlı torpaq sahələri demək olar ki, yox
dərəcəsində imiş. Onlar əsasən icarəçilərin
torpağında, qolçomaq, bəy və dikər
millətlərin nümayəndələrinin təsərrüfatında
çalışmış, əməklərinin
dəyərinin müəyyən bir qismi onlara çatarmış.
Mahalda olan əhalinin 80-85 faizi isə dövlət torpaqlarında
çalışardı. Kəndli şəxsi mülkiyyətçiliyində
mahalda yalnız Əngkrevan (90 ailə), Məmişli (20), Xançığazlı
(15), dövlət mülkiyyətçiliyində isə
Beytərəfçi (21 ev), Quşçu (8) və Kolakir (28)
kəndlərinin əhalisi çalışardı. Mahalın
əhalisinin 17 faizinin və ya 12,5 % ailənin torpağı
olmamışdır.
Azərbaycan türklərinin çoxlu mal-qarası,
qoyun-keçisi və atları var idi. Onların əsas məşğuliyyəti
tarixən heyvandarlıq olmuşdur. Lakin mal-qaradan gələn
gəlir onları demək olar ki, heç qane etmirdi.
Çünki icarəçilər (bəylər və xanlar)
onlara elə məbləğdə verki qoyurdular ki,
kəndlilər ilin axırında hətta onlara borclu da qalırdılar.
Azərbaycan türkləri Borçalıdakı başqa
millət və xalqlara nis-bətən çox
qonaqpərvər, sözlərinə düz, riyakarlığa
nifrət edən, sakit təbiətli alicənab insanlardır.
Onlar ailədə çoxuşaqlılığı
sevirlər. Lakin iqlimin uşaq orqanizminə vurduğu
zərbə nəticəsində uşaqlar arasında (yeni doğulmuş)
ölüm əmsalı bəzi illərdə doğulanlardan
üstün olmuşdur. Ona görə də, təbii artım
aşağı düşmüşdür.
Borçalı qəzasının Borçalı
nümayəndəliyində (düzən bölgələrsiz
və Zəlyəsiz) yaşayan Azərbaycan türklərinin
heyvandarlıqdan ayrılıb, tam taxılçılıqla
məşğul olmağa demək olar ki, vaxtları qalmırdı.
Odur ki, onlar mövsümi olaraq 1-2, bəzi hallarda isə 3-4 aylığa
dağlıq ərazilərdən erməni, yunan və başqa
millətlərin nümayəndələrini dəvət edib,
muzdlu fəhlə kimi təsərrüfatın bu
sahəsində işlədirdilər. Çox vaxtlar hətta
İranın bir çox mahallarından tat və aysor
millətinin artıq işçi qüvvəsindən bu
mahalda istifadə edirdilər. Buna görə də həmin
millətlərin sayı qəzada ildən-ilə artırdı.
Xalqın zəhmətkeş kütləsi Borçalının
susuz, isti, ilanlı-həşəratlı, müxtəlif
gəmiricilərlə dolu olan şəraitinə, ab-havasına
yaxşı dözürdü. Demək olar ki, il boyu bir
dəfə də olsun xəstələnmirdilər. Tat və
aysor tayfalarına mahalın Sarvan, Sadaxlı, Muğanlı,
Yekaterinenfeld, Qarayazı, Qaçağan, Ərəbli,
Ləmbəli və s. kənd məntəqələrində
rast gəlmək olur.
Nəticə etibarilə onu qeyd etməliyik ki,
əlimizdə olan rəsmi dövlət sənədlərinin,
bir sıra tədqiqatçı-mütəxəssislərin
material və elmi işlərinin araşdırmalarından aydın
olduğu kimi, Borçalı mahalında 1873-1875-ci
illərdə əhali üzrə aparılmış elmi
tədqiqatlar, etnoqrafik məcmuədəki nəticələr
sübuta yetirir ki, burada yüz minə yaxın əhali
qeydə alınmışdır. Bu yüz min nəfər
əhali özündə 7 millətin nümayəndələrini
birləşdirmişdir. Eyni zamanda təkzibolunmaz faktlar,
dəlillər vasitəsilə müəyyən etdik ki, buranın
qədim yerli əhalisi tarixən Azərbaycan türkləri
olmuşlar. Statistik materiallardan aydın olur ki, müsəlmanlar
arasında həm təbii artımın, həm də ölüm
(uşaqlar arasında) əmsalının yüksək olması,
mexaniki hərəkətin isə ermənilərə, ruslara
və gürcülərə nisbətən aşağı
olması mahalda XV əsrin əvvəllərinə
qədər sabit artım fərqani nəzərə az çarpdırır.
Halbuki Azərbaycan türklərinə, ümumiyyətlə,
onların yaşadıqları ərazilərə dövlətin
heç bir qayğısı olmamış, əhali
kortəbii həyat tərzi keçirərək, yerli istismarçı
qüvvələr tərəfindən var-yoxdan çıxarılıb
istismar olunmuşdur. Onu da qeyd etməliyik ki, Azərbaycan türkləri
yaşayan məntəqələrdə sosial-iqtisadi təminat
yox dərəcəsində idi. Lakin Şüləver,
Yekaterinenfeld, Rus-Kerkeri və s. məntəqələrdə yaşayanlara
tamam başqa imtiyazlar verilmişdir. Yüz min nəfərlik
bir mahalda heç bir şəhər və qəsəbə
salınmamışdır. Mahalın ən qədim və
ən iri, coğrafi mövqe baxımından əlverişli,
Tiflis kimi iri inkişaf etmiş şəhərə yaxın
olması və eləcə də ərazisində magistral
yollar qovşağında yerləşən Sarvan
məntəqəsinin olmasına baxmayaraq, onun nə
Tiflislə, nə də ətraf məntəqələrlə
telefon-teleqraf əlaqəsi, bələdiyyə, sahə polis
idarəsi belə yox idi. Şüləver kəndi isə mahalın
sosial-iqqisadi baza mərkəzi olmaqla yanaşı, həm
də mahalın mərkəzi məntəqəsi sayılırdı.
Buradan aydın olur ki, mahalda yerli türklərə qarşı
ögeylik hələ də davam edir. Tarix boyu öz murdar
əməlləri ilə məşhur olan erməni millətçiləri
çar hökumətinin Qafqazdakı səlahiyyətli nümayəndəliyində
işləyən rüşvətxor məmurlarla əlbir olub,
mahalın bütün təsərrüfat
sahələrində lazımi vəzifələrə
gəlmə erməniləri seçmiş, işküzar,
təmizqəlbli Azərbaycan türkləri isə bir qayda
olaraq rəhbərlik tərəfindən təhqirə,
istismara məruz qalmışlar. Bu faktı Borçalının
nəinki iqtisadi və sosial həyatında, hətta yerli
əhalinin adi insan hüquqlarının tapdalanmasında da açıq-aydın
görmək mümkündür. Namərd və qaniçən
ermənilər indinin özündə də bu bədnam
əməl-lərindən əl çəkmirlər. Lakin dözümlü
və həmişə öz nəslini artırıb yaşadan
qadir xalqamız, əsrlər boyu ermənilərin və
digərlərinin ona qarşı etdikləri alçaq və
məkrli hərəkətlərinə mərdliklə sinə
gərərək, ən ağır şəraitdə belə
düşmən qarşısında başını həmişə
və hər yerdə uca tutmuşdur. Bu dediklərimizi regionun
son statistik rəqəmləri sübuta yetirir.
Mənbə: © Məmməd Sarvan, Musa Nəbioğlu, 2003
|